Gündəm
Yaponiya Çinə etiraz notası təqdim edib
Yaponiyanın Xarici İşlər Nazirliyi Çinin Tokiodakı səfirinə etiraz notası təqdim edib. Etiraz Çin gəmilərinin iki ölkə arasında mübahisəli ərazi hesab olunan Senkaku adalarına yaxınlaşması ilə əlaqədardır. Məlumatda qeyd olunur ki, Çin sahil mühafizə xidmətinə məxsus 4 gəmi adalara yaxınlaşıb. Bu, təkcə 2017-ci ildə 10-cu belə hadisə olub.
XİN: Azərbaycan vətəndaşlarının Avropaya vizasız gedişi müzakirə olunur
“Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir”.
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib.
Şairə-publisist Rahilə Dövranın şeiri "Hece Taşları" dərgisində çap olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Oxşa məni” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən "Hece Taşları" aylıq şeir dərgisinin 26-cı sayında dərc olunub.
II Azərbaycan Autizm Paneli keçirildi
Beynəlxalq Autizm Maarifləndirmə ayı ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında toplantı keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Azərbaycan Autizm Panelində stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açıldı.
Paytaxt məktəblərində Danışıq Klubları yaradılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsininin tabeliyində olan 60 ümumi təhsil məktəbində İngilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, ingilis dilində Danışıq Klublarının yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərən danışıq klublarında I-XI sinif şagirdləri könüllü iştirak edirlər.
Tələbələr Metropolitendə təcrübə keçir
«Bakı Metropoliteni» QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində daha bir layihənin həyata keçirilməsinə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsinin Bakı metropolitenində əldə etdikləri nəzəri biliklər əsasında praktik istehsalat təcrübəsi başlanıb.
"Nasaz avtomobillərlə sərnişin daşıyan sürücülər məsuliyyətə cəlb edilib"
Son vaxtlar sərnişindaşıma sahəsində yol-nəqliyyat hadisələrinin sayı artdığından mikroavtobuslarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar verilib.
Akif Çovdarovun məhkəmə görüntüsü yayıldı
Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayorAkif Çovdarovun yeni görüntüsü yayılıb.
Rusiya KİV: "Regionun ən varlı Azərbaycan ordusu"
Azərbaycan Ordusu regionun ən qüdrətli ordusudur. Bu barədə "Russia Today" agentliyinin hazırladığı fotoreportajda deyilir.
Televiziya və radiolarda siqaret əleyhinə məcburi verilişlər yaymlanacaq
Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanaq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək.
Türkiyə qırıcıları İraqın şimalında
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Zap bölgəsində aparılan əməliyyat zamanı PKK terror təşkilatının mövqeləri məhv edilib.
Xalça Muzeyində “Təsadüf”
Aprelin 14–də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi açılacaq.
Akademik Akif Əlizadə Bolqarıstanda bir sıra görüşlər keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev, Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktorunun müavini Marçela Borisova, Bolqarıstan Elmlər Akademiyası Geologiya İnstitutu direktorunun müavini Nikolay Dobrev, Tibb Universitetinin rektoru Viktor Zlatkov, Dağ-mədən və Geologiya Universitetinin rektoru Luben Totev, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirib.
Azərbaycan ordusunun növbəti təlimlərini Ermənistan hakimiyyəti mesaj kimi dəyərləndirməlidir
“Ermənistana yeni mesaj olaraq, Azərbaycan ordusu 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə təlimlərə başlayır”.



.jpg)


.jpg)







