Xalça Muzeyində “Təsadüf”
Aprelin 14–də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın “Təsadüf” adlı fərdi sərgisi açılacaq.
14 Aprel 2017 11:25 MədəniyyətAprelin 14-də Azərbaycan Xalça Muzeyində Əməkdar Rəssam İnna Kostinanın "Təsadüf" adlı fərdi sərgisi açılacaq.
Muzeydən "Olaylar" - a bildirilib ki, sərgidə 48 ədəd batika nümunəsi təqdim olunacaq. Bu əsərlər rəssamın isti və soyuq batika texnikaları ilə yaratdığı "Simurq" və "Təsadüf" silsilələrindən olan rəsm nümunələridir.
Qeyd edək ki, sərgi mayın 2-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31