Azərbaycan ordusunun növbəti təlimlərini Ermənistan hakimiyyəti mesaj kimi dəyərləndirməlidir

“Ermənistana yeni mesaj olaraq, Azərbaycan ordusu 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə təlimlərə başlayır”.

"Ermənistana yeni mesaj olaraq, Azərbaycan ordusu 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə təlimlərə başlayır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Ermənistanın da Agdamda kiçik təlimlər keçirməklə məşğul olduğunu deyən politoloq bildirib ki, Qarabağ münaqişəsinin nizamlanmasında diplomatik fəaliyyətsizlik, cəbhədə silahların fəaliyyətə keçməsinə zəmin yaradır: " Rusiya öz satalleti olan Ermənistanı qorumaq və silahlandırmaqla, regionda atəşlə oynayır. Və, Qarabağ münaqişəsinin həllində statusu qorumağa səy edir. Azərbaycan ordusunun növbəti təlimlərini Ermənistan hakimiyyəti mesaj kimi dəyərləndirməlidir. Rusiyanın Təhlükəsizlik katibi N. Patruşevində səfəri əsasən Ermənistanı qorumaq, yeni şərtlər irəli sürmək idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31