II Azərbaycan Autizm Paneli keçirildi

Beynəlxalq Autizm Maarifləndirmə ayı ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında toplantı keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Azərbaycan Autizm Panelində stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açıldı.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, çıxış edənlər Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov problemin uşaqların sağlamlığına təsirindən danışdı. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı autizm probleminin həlli çərçivəsində görülən işləri xatırladaraq, Milli Məclisdə mövzu ilə əlaqədar aparılan müzakirələr barədə məlumat verdi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirakçıların diqqətinə çatdırdı ki, autizm spektr pozuntuları ildən-ilə artır və getdikcə daha ağır sosial problemə çevrilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31