Akademik Akif Əlizadə Bolqarıstanda bir sıra görüşlər keçirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev, Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktorunun müavini Marçela Borisova, Bolqarıstan Elmlər Akademiyası Geologiya İnstitutu direktorunun müavini Nikolay Dobrev, Tibb Universitetinin rektoru Viktor Zlatkov, Dağ-mədən və Geologiya Universitetinin rektoru Luben Totev, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirib.
14 Aprel 2017 11:24 SosialAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev, Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktorunun müavini Marçela Borisova, Bolqarıstan Elmlər Akademiyası Geologiya İnstitutu direktorunun müavini Nikolay Dobrev, Tibb Universitetinin rektoru Viktor Zlatkov, Dağ-mədən və Geologiya Universitetinin rektoru Luben Totev, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirib.
Akademiyadan"Olaylar" - abildirilibki, AMEA ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında sazişin imzalandığına diqqət çəkən İ.Yotova bu sənədin iki ölkənin elm adamları arasında əməkdaşlıq üçün platforma yaradacağına inamını ifadə edib.
Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, sazişin imzalanması ilə iki akademiya arasında əməkdaşlığın yeni mərhələsinin başlandığını vurğulayıb. Tərəflər, həmçinin Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlıq, Bolqarıstan alimləri ilə birgə laboratoriyaların yaradılması, AMEA-nın magistr proqramı ilə Bolqarıstanın müvafiq ali təhsil müəssisələri arasında mübadilə, əczaçılıq sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.