Məscidlərlə bağlı Azərbaycan dövlətinin öz gözəl siyasəti var

Azərbaycanda yenidən süni şəkildə gərginlik yaratmaq cəhdləri müşahidə edilməkdədir. Söhbət Sovetski deyilən ərazidə “Hacı Cavad” məscidi ətrafında yaranan qalmaqaldan gedir.

Əkrəm Həsənov: "Belə vəziyyətlərdə dindarlar görülən işlərə təkan verməli, dövlətimizin yanında olmalı, ehtiyac olarsa özü də bu işlərdə fəal iştirak etməlidir"

"İnanclı insan heç nədən, heç kimdən narazılıq etməz"

Azərbaycanda yenidən süni şəkildə gərginlik yaratmaq cəhdləri müşahidə edilməkdədir. Söhbət Sovetski deyilən ərazidə "Hacı Cavad" məscidi ətrafında yaranan qalmaqaldan gedir. Məlum olduğu kimi ərazidə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri çərçivəsində müzakirə predmetinə çevrilən "Hacı Cavad" məscidinin də yenidənqurulması nəzərdə tutulur. Təbii ki, bunun üçün qeyd edilən ibadət məkanında müəyyən söküntü işlərinin aparılması zərurətə çevrilir. Ancaq təəssüflər olsun ki, Azərbaycan hökumətinin atacağı bu addım tamamilə başqa istiqamətə yönəldilərək məscidin sökülməsi, dini ibadətin qarşısının alınması kimi qələmə verilməyə başlanılır. Artıq bir neçə gündür ki, "Hacı Cavad" məscidi ətrafında müəyyən qüvvələr şou düzəldərək bu yolla Azərbaycanın imicinə, xüsusilə İslam Həmrəyliyi Oyunları ərəfəsində dövlətimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Elə planlı şəkildə təşkil edilən etirazlar da məhz buna hesablanıb. Ancaq müsbət məqamlardan biri ondan ibarətdir ki, bu kimi gərginlik yaratmaq məqsədi daşıyan ssenarilər, oyunlar heç də əsl inanclı insanlar tərəfindən dəstəklənmir və birmənalı olaraq ölkədə gərginlik yaratmağa hesablanmış belə cəhdlər pislənilir.

Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. Əkrəm Həsənov hesab edir ki,inanclı insan heç nədən, heç kimdən narazılıq etməz və başına gələn bütün üzüntülərə və imtahanlara görə səbr edər: "Yadına salar ki, bu dünya həyatı imtahan dünyasıdır. Ancaq bəzən biz ətrafda baş verənlərə görə üzülürük və bu üzüntümüzü paylaşırıq və bu ayrı bir məsələdir. Bir də var ki, adam inanclı olsun, ancaq eyni zamanda həddən çox aqresiyalı olsun. Əslində doğru inanclı insanda əgər səhv etmirəmsə elə də çox aqressiya və qərəzlilik olmamaılıdır". İlahiyyatçı bildirib ki, məscidlərlə bağlı Azərbaycan dövlətinin öz gözəl siyasəti vardır. Məscidlərimiz günü-gündən abadlaşıdırlır. Yeniləri tikilir. Bakı şəhərində bəzi abadlıq işləri görüldüyü üçün abadlıq işləri görülən ərazilərdə olan məscidlərdə digər tikintilərlə birlikdə şəhərin başqa yerlərinə köçürülür, ya təmir edilir. Bütün bunlar tək indi yox, qədim zamanlardan mövcud olmuşdur. Azərbaycanda tarixən məscid ənənəsi olmuşdur. Baxmayaraq ki, uzun illər din cəmiyyətdə sıxışdırılmış, dini cəmiyyətdən təcrid etmişlər, yenə də Azərbaycan xalqı İslam dininə möhkəm bağlı qalmışdır. Ancaq bu bağlılıq digər dinlərə və məzhəblərə dözümlülük şəklində həyata keçmişdir". Əkrəm Həsənov bildirib ki, bu gün də həm ümummili liderimiz Heydər Əliyev (Allah ona rəhmət etsin) tərəfindən yenidən təməli qoyulmuş dinimizə qayıdış, milli-mənəvi dəyərlərimizin təbliği, Azərbaycanda məscidlərin təmir edilməsi, yeni məscidlərin inşa edilməsi prossesi həyata keçirilmiş, daha sonra həm də cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət həyata keçirilməkdədir: "Məqsəd də budur ki, Azərbaycan xalqı dinini gözəl şəkildə tarixdən üzü bəri gələn birlik və bərabərlik şəklində əvvəldən olduğu kimi ənənəvi şəkildə öyrənib yaşasın və gələcək nəsillərə təbliğ etsin. Bu baxımdan dövlət səviyyəsində xeyli işlər görülür ki, bu qısa açıqlamaqda bunların hamısını ümumiləşdirmək mümkün deyil. Belə vəziyyətlərdə dindarlar görülən işlərə təkan verməli, dövlətimizin yanında olmalı, ehtiyac olarsa özü də bu işlərdə fəal iştirak etməlidir. Dindarlar anlamalıdırlar ki, bu vətən bizim hamımızındır. Biz burada dünyaya gəlmişik, burada yaşayırıq, ola bilər ki, burada da dünyadan köçərik. Amma biz bu vətənimizi sevməliyik. Biz dinimizi doğru mənbələrə istinad edərək, vətənimizdə olan adət-ənənələri nəzərə alaraq, müxtəliflikləri fərq edərək yaşamalıyıq. Bir xəbər olan kimə küçələrə çıxmaq, qadınları küçələrə çıxarmaq bizim dinimizdə adət deyildir. Gəlin dinimizi əvvəl doğru şəkildə öyrənib yaşayaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31