Nazirlik şikayətlərlə bağlı açıqlama yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti sahələr üzrə daxil olan şikayətlərlə bağlı açıqlama yayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, şikayət xarakterli müraciətlərin sayı 5,2 dəfə azalıb. Belə ki, nazirliyə 91 şikayət daxil olub.

"Müşahidələr göstərir ki, xüsusilə sosial təminat və əlillik təyinatı məsələləri ilə bağlı şikayətlər azalıb. Hazırda VEMTAS vasitəsilə sosial yardım üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması ilə bağlı qərar qəbulu bütünlüklə onlayn rejimdə həyata keçirilir", - E.Babayev deyib.

Əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi artıq əyani tibbi-sosial ekspertiza müayinələri əsasında deyil, TSERAS tərəfindən elektron qaydada ekspert-vətəndaş təması olmadan həyata keçirilir. Həmçinin əmək və sığorta-pensiya münasibətlərində geniş elektron xidmətlər vətəndaşların istifadəsindədir. Bu ilin ilk rübündə "Elektron hökumət" portalı vasitəsilə nazirliyin elektron xidmətlərinə 2 milyon 607 min dəfə müraciət olunub.

Daxil olan müraciətlərin əksəriyyəti vətəndaşların əmək, sosial təminat, məşğulluq, əmək qanunvericiliyi ilə əlaqədar sorğular olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31