Dolların ucuzlaşması davamlı olacaqmı?

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra baş verən manat-dollar rəqabəti hazırda da davam edir. Məlum olaylardan sonra dollar əksər ölkələrin milli valyutası kimi Azərbaycan manatına da təsirsiz ötüşmədi və kəskin şəkildə bahalaşdı.

Valyuta bazarı təsirlərə kəskin şəkildə həssas durumdadır

2015-ci ilin sonlarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra baş verən manat-dollar rəqabəti hazırda da davam edir. Məlum olaylardan sonra dollar əksər ölkələrin milli valyutası kimi Azərbaycan manatına da təsirsiz ötüşmədi və kəskin şəkildə bahalaşdı. Bir-birinin ardınca baş verən iki devalvasiya dolların manat üzərində üstünlüyünə gətirib çıxardı. Düzdür, məlum olaylardan keçən müddət ərzində Amerika dolları Azərbaycanın milli valyutasına nisbətən bir qədər də bahalaşsa da, lakin son günlər maliyyə bazarlarında bir qədər fəqli situasiya müşahidə edilmir. Belə ki, Amerika dollarında milli valyutaya nisbətdə ucuzluq müşahidə edilir. Bu ərəfədə Birləşmiş Ştatların prezidenti Donald Trampın dollarla bağlı açıqlaması və FED-in uçot dərəcəsini endirmək mümkünlüyü barədə bəyanatı da maliyyə bazarlarına öz təsirini göstərib. Ancaq maraqlısı odur ki, dolların milli valyutaya nisbətən ucuzlaşmasına münasibət birmənalı deyil. Bəziləri getdikcə milli valyutanın dollara nisbətən daha da möhkəmlənəcəyini bildirsə də, eyni zamanda bunu müvəqqəti xarajter daşıdığını və yaxın vaxtlarda yenidən dolların ciddi şəkildə bahalaşacağını iddia edənlər də var.

İqtisadçı Pərviz Heydərov da deyir ki, bir qrup iqtisadçı tərəfindən yenə mətbuatda manatın möhkəmlənməkdə olmasının mənfi xarakter daşıdığı və bunun ciddi fəsadlar yaradacağı danışılmağa başlanılıb: "Belə ki, əsas səbəbin guya, bilavasitə dövriyyədən nəğd manat kütləsinin yığışdırılması faktorunun olduğu dilə gətirələrək, bunun iqtisadiyyatda inkişafı buxovladığı, başqa sözlə desəm, iqtisadi aktivliyin qarşısını aldığı vurğulanır. Əslində isə belə deyil. Bəli, Mərkəzi Bank (AMB) dövriyyədən nəğd manat kütləsini bütün mümkün vasitələrlə yığışdırır və ölkədə çox sərt pul-kredit siyasəti həyata keçirdir. Lakin, manatın Birləşmiş Ştatlar dollarına nəzərən məzənnəsini möhkəmləndirən təkcə bu amil deyildir. Azərbaycan Mərkəzi Bankı sözügedən kursu bu il həyata keçirməyə başlamayıb. Neftin dünya bazar qiymətləri düşməyə başlayan ildən - 2014-cü ilin demək olar, sonlarından etibarən, sözügedən məhdudlaşdırma tədbirləri həyata keçirilməyə start verilib. Ancaq buna baxmayaraq, manat 2015-ci il ərzində üst-üstə 100 faizə yaxın olmaqla 2 dəfə, keçən ilsə 15 faiz ucuzlaşmışdı. Bu proses cari ilin yanvar ayında da davam etmişdi. Və xatırladım ki, bu ilin fevralın əvvəlində manat dollara nəzərən hətta 1,90 azn-dən də yuxarı həddə qədər ucuzlaşmışdı". Pərviz Heydərov bildirib ki, buda bəzi amillərlə bağlıdır: "Milli valyutamız möhkəmlənməyə sadəcə olaraq, fevral ayının ortasına doğru bahalaşmağa başladı ki, buna da səbəb, həm neftin dünya bazarlarında qiymətlərinin bundan hələ bir neçə qabaq sabitləşməyə başlamasının müsbət nəticəsinin nəhayət ki, ölkə daxilində özünü göstərməyə başlaması, yanvar ayından artıq, iqtisadi tənəzzüldə cüzi də olsa dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin müvafiq effekt verməyə başlaması, o cümlədən valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" ləğvi, ümumiyyətlə, bir sıra mövcud spekulyasıya elementlərini aradan götürmək məqsədilə banklar üçün müəyyən edilmiş 4 faizlik marjanın ləğvi addımı olmuşdu. Bəli, iqtisadiyyatın nəğd pul kütləsi ilə qidalanmasının çərçivəyə alınması və sıxışdırılması artıma və inkişafa ziyandır. Lakin ölkədə hələki heç bir iqtisadi aktivlik yoxdur, valyuta bazarı təsirlərə kəskin şəkildə həssas durumdadır və ən başlıcası isə bank sektoru yenə "koma vəziyyətindədir. Belə şəraitdə dövriyyədə nəğd pul həcmini genişləndirmək hansı effektiv nəticələr verə bilər ki?! Belə "ağıllı-ağıllı" danışıb və irad tutmaq axı, nə məna daşıyır ?". İqtisadçı hesab edir ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması ilə, yəni dövriyyəyə pul buraxmaqla artırmırlar və artıra da bilməzlər: "Bu, yerində dayanmış, mühərriki çəkib apara bilməyən avtomobilə çıxış yolu kimi yalnız, benzin tökməyə bənzəyir. Yeri gəlmişkən, devalvasiyanın ixracı stimullaşdırdığı deyilir. Manat dollara nəzərən 0,78 qəpik olan zamandan bəri, 1,70 azn-dək ucuzlaşıb... İxracı niyə stimullaşdırmadı ?!. Yerli istehsal 2015-ci və 2016-cı illər ərzində niyə artmadı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31