Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə edilib 

Binəqədi Rayon İcra Hakimiyyətində “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda məlumat saatı keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətində "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" mövzusunda məlumat saatı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" mövzusunda keçirilən məlumat saatının proqramı haqqında məlumat verib və bu cür mövzuların əhəmiyyətini diqqətə çatdırıb. Daha sonra Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Strateji yol xəritəsi və onun məqsədləri, Telekommunikasiya və informasiya texnologiyaları üzrə mövcud vəziyyət, Telekommunikasiya bazarının formalaşdırılması və inkişafının təmin edilməsi, İKT üzrə strateji məqsədlərə nail olunması, Maliyyələşdirmə mexanizmləri mövzuları ətrafında çıxış edərək iştirakçılara məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31