Çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a  verdiyi məlumata görə ötən günlər ərzində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə  30-40  faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a  verdiyi məlumata görə ötən günlər ərzində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə  30-40  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət aprelin 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 243 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 314 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31