Hərbi təlimlər həm işğalçıya, həm də ona havadarlıq edənlərə bir xəbərdarlıqdır

“İşğalçı Ermənistan ordusu Ağdamın Üzündərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikanın da cəlb olunduğu geniş təlimlərə başlayıb. Bizi belə bir düşmənlə etimad mühiti yaratmağa səsləyən Minsk qrupu həmsədrləri görəsən niyə susurlar?” “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib: “Mümkündürmü bu cür düşmənə etimad etmək, bizim vəziyyətimizdə olsaydılar, özləri edərdilərmi? Yox, etməzdilər.

"İşğalçı Ermənistan ordusu Ağdamın Üzündərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikanın da cəlb olunduğu geniş təlimlərə başlayıb. Bizi belə bir düşmənlə etimad mühiti yaratmağa səsləyən Minsk qrupu həmsədrləri görəsən niyə susurlar?" "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib: "Mümkündürmü bu cür düşmənə etimad etmək, bizim vəziyyətimizdə olsaydılar, özləri edərdilərmi? Yox, etməzdilər. Və onlar da yaxşı bilirlər ki, bu cür davam etməyəcək, işğalçı ordunun Azərbaycan torpaqlarından çıxarılmasının ancaq bir yolu qalır-savaş. Fikrimcə, Ali Baş Komandan cənab İlham Əliyevin əmriylə aprel 16-dan başlanacaq geniş hərbi təlimlər həm işğalçıya, həm də ona havadarlıq edənlərə bir xəbərdarlıqdır ki, Azərbaycanın hay özbaşınalığına və həyasızlığına göz yummaq fikri yoxdur. Orasını da deyək ki, bizim keçirəcəyimiz təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31