Elm və təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı
Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.
14 Aprel 2017 14:21 SosialSankt-Peterburq şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.
Komissiyanın işində ölkəmizi Azərbaycan Respublikası İqtisadiyyat nazirininmüavini, komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində bir sıra nazirlik, komitə və digər dövlət qurumlarının nümayəndələri, o cümlədən, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov da olub.
Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası ilə Sankt-Peterburq hökuməti arasında iqtisadiyyat, səhiyyə, ekologiya, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.