Gündəm

Ukraynada bürokratik əngəllərə görə iki Azərbaycan vətəndaşı intihara cəhd edib

27 Aprel 2017 16:33

Ukraynanın müxtəlif vilayətlərində iki Azərbaycan vətəndaşı ölkəni tərk edə bilməməyə və bürokratik təzyiqlərə görə intihara cəhd edib, hər ikisi təsadüf nəticəsində ölümdən xilas edilib.

“Mədəniyyət naminə elm”silsiləsindən

27 Aprel 2017 16:25

Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ilinə” həsr olunmuş “Mədəniyyət naminə elm” şüarı altında “Mədəniyyət – davamlı inkişafın amili kimi” mövzusunda növbəti elmi seminar keçirilmışdir.

İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb

27 Aprel 2017 16:23

Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Təhsil və Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə nazir müavini xanım Zabrina Holmström ilə görüşüb.

“Beş mərtəbə” dairəsi ləğv olunur

27 Aprel 2017 16:22

Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.

“Azərbaycan” gəmi-bərəsi istismara hazırdır

27 Aprel 2017 16:21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına aid “Azərbaycan” gəmi bərəsi tərsanədən endirilib. “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edən tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub.

“Azərsu”-da birinci rübün yekunları müzakirə olunub

27 Aprel 2017 16:19

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

Deputat: “Gənclər sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, öyrənməyə sərf etməlidir”

27 Aprel 2017 16:16

Millət vəkili Qənirə Paşayeva Qərb Universitetində tələbələrlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa və sosial medianın imkanlarından bu istiqamətdə daha fəal istifadə etməyə çağırıb.

Azərbaycanda əfv sərəncamına adı düşən şəxsin əvəzinə başqa məhkum azad edilib?

27 Aprel 2017 16:14

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası mətbuatda Azərbaycan Respublikası Prezidentinin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir

27 Aprel 2017 16:07

Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub. Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.

Ebru Gündeş və Rza Zərrabın məhkəməsi oldu

27 Aprel 2017 16:06

Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər. Hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.

Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir

27 Aprel 2017 16:05

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı faktlara əsaslanmır, bu qərar ancaq siyasi qərəzdir. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

BDU-da “Füyuzat” jurnalının 110 illiyi qeyd edilib

27 Aprel 2017 16:02

Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Qüdrət Həsənquliyev: “Milli Məclisdə bu praktikaya son qoyulmalıdır”

27 Aprel 2017 16:00

Birinci vitse-prezident institutu yaradılandan sonra onun fəaliyyətini təşkil edən inzibati və yardımçı vəzifələr olmalıdır. Həmin vəzifələr də “Dövlət qulluğu haqqında” qanuna daxil edildi.

Tbilisi prospektində tıxacın aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb

27 Aprel 2017 15:57

Tbilisi prospektində xaotik nöqtələrdə nəqliyyat sıxlıqlarının aradan qaldırılması, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə optimallaşdırma işləri görüləcək. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov "YOL-1" layihəsinin təqdimatı zamanı bildirib.

Tailandda silahlı toqquşma: 4 hərbçi öldürüldü

27 Aprel 2017 15:45

Tailandın cənubunda silahlı qruplaşma ilə toqquşma zamanı dörd hərbçi həlak olub. Narativat əyalətində hərbi patrul xidməti həyata keçirən avtomobilə hücum baş verib. Yerli orqanların verdiyi məlumata görə, hərbçilərin olduğu avtomobilin yaxınlığında partlayış törədilib, daha sonra silahlılar hərbçiliəri odlu silahla qətlə yetirib.