BDU-da “Füyuzat” jurnalının 110 illiyi qeyd edilib

Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Bakı Dövlət Universitetində Jurnalistika və Filologiya fakültələrinin birgə təşkialtçılığı ilə "Füyuzat" jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş "Vətənin vətəndaşı, bir işıq da sən yandır" esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Universitetdən "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov "Füyuzat" jurnalının Azərbaycanın ictimai fikir tarixində önəmli roluna diqqət çəkib, böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" jurnalı haqqında məlumat verib, Azərbaycanda milli mətbuatın formalaşmasındakı rolundan bəhs edib.

"Füyuzat" jurnalının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digər qonaqlar müsabiqənin keçiriliməsinin əhəmiyyətindən bəhs edib, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasındaki rolundan danışıblar. Müsabiqəyə Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunan qaliblər "Füyuzat" jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31