“Azərbaycan” gəmi-bərəsi istismara hazırdır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına aid “Azərbaycan” gəmi bərəsi tərsanədən endirilib. “Zığ” Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edən tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub.
27 Aprel 2017 16:21 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nəqliyyat donanmasına aid "Azərbaycan" gəmi bərəsi tərsanədən endirilib. "Zığ" Gəmi Təmiri Zavodunda iki aya yaxın davam edən tərsanə işləri zamanı gəmi-bərənin sualtı hissəsi təmizlənərək rənglənib, sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, klinketləri tam təmir olunub. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, bununla yanaşı, təmirçilər "Azərbaycan" gəmi-bərəsinin istismarı üçün tərsanə təmirindən əlavə zəruri hesab edilən digər işləri də keyfiyyətlə yerinə yetiriblər. Belə ki, üzən nəqliyyat vasitəsinin qəza dizel generatoru, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları və onların elektrik mühərrikləri, hər iki baş mühərriki, üç ədəd köməkçi mühərriki genoratorlarla birgə təmir olunub. Bundan başqa, üç ədəd nasos və hava kompressoru yenisi ilə əvəzlənib, baş və köməkçi mühərrikləri, digər qurğu və avadanlıqların avtomatik idarəetmə, qorunma və siqnal sistemləri nizamlanıb. Məişət su, yağ və yanacaq sistemlərində borular da təmir olunub.
Xatırladaq ki, "Azərbaycan" gəmi-bərəsi 1985-ci ildə inşa edilib. Uzunluğu 154, eni 18 metr olan gəmi 2425 ton yükgötürmə qabiliyyətinə malikdir.