Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir

Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub. Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.

Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub. Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub. Ermənistan İstintaq Komitəsi nümayəndəlikdə böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar cinayət işinin təfərrüatlarını açıqlayıb. Məlumatda bildirilir ki, aprelin 26-da böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qrant proqramlarının koordinatoru Marina Papyan saxlanılıb. Cinayət işində şübhəli şəxs qismində Tiqran Sukiasyan, Qevork Kazaryan, Rubina Ter-Martirosyan, Armen Bareqamyan, Anait Avaqyan, Serqey Balasanyan, Dina Manukyan, Karen Stepanyan, Tereza Dilanyan, Aleksandr Poqosyan, Qrayr Qencyan, Qarik Çilinqaryan və Geqam Petrosyanın adı keçir. Sonuncu 3 nəfər barəsində axtarış elan olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31