Gündəm
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı AÇIQLANDI
Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq. Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.
Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT
Polis Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Mühafizə Xidmətində əməliyyat keçirib. FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən 19 xüsusi təyinatlı polis əməliyyat nəticəsində ifşa edilib. Onlardan ikisi rəis vəzifəsindədir.
Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"
İtaliya Azərbaycanın ərazi bütövlüyünə daima dəstək göstərdiyinə görə, biz bu ölkəyə hər zaman minnətdarıq, ancaq istərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində öz mövqeyini bildirsin.
Avtobus və taksi sürücüləri, sərnişin və piyadalar üçün xüsusi tələblər hazırlanıb
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda daşıyıcılar, avtobus, taksi sürücüləri, sərnişinlər, piyadalar üçün xüsusi tələblər işləyib hazırlayıb. Həmin tələblərin qanuni qüvvə alması üçün BNA müvafiq sənədləri aidiyyəti qurumlara göndərib. Bunu "Bakıda nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar" mövzusunda təşkil edilmiş tədbirdə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
İTV Yayım Şurasının yeni sədri: "Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm"
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının 12 illik təcrübəsi olduğundan qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm. Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Muxtar İmanov bildirib.
Azərbaycan və Türkiyə əməkdaşlığı genişləndirəcək
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün DSX Aparatında Türkiyəbub Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə ölkələr arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb.
Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir"
Azərbaycanın güclənməsi Ermənistana ciddi bir mesajdır. Ermənistan üçün nə qədər ki gec deyil Qarabağ torpaqlarını geri qaytarmalıdır.
Gömrükçülər 18 kq marixuana müsadirə ediblər
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Bu barədə Dövlət Gömrük Komitəsindən “olaylar”a verilən məlumata görə, külli miqdarda narkotik vasitənin İran vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycanda realizə edilməsi öz təsdiqini tapıb.Beləliklə, külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasına mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.
İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizdən danışılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində İsmayıllı rayon uşaq kitabxanasının iclas zalında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Əmək Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə nazirliyin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.
Azərbaycanlı aktrisa əfsanə qadınları canlandıracaq
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Könül Nağıyeva 1950-ci illərin əfsanəvi qadın sənətçilərini canlandıran fotosessiyaya imza atacaq. “Olaylar” Terkiyə mətbuatına istinadən bildirir ki, aktrisanın canlandıracağı qadınların sırasında Eva Qardner, Sofi Loren, Qreta Qabro, Odri Hepbörn, yunan müğənni Maria Kallas və başqaları yer alır.
Avtomobil qaçıran şəxs tutuldu
Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Polis Novxanı bağlarında əməliyyat keçirdi
Novxanı bağlar sahəsində yaşayan şəxsin evinin həyətinə baxış zamanı 1 ədəd tüfəng, 1 ədəd “RQD-5” qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Quldurluqla məşğul olan şəxslər saxlanıb
Azərbaycanda quldurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.
Magistr olmaq istəyənlər üçün fürsət
Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb.










.jpg)



