Gündəm

“Tros oğrusu” ilə bağlı araşdırma başlanıb

27 Aprel 2017 14:47

Qızına 400 min manara toy təşkil edən Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılıb. Bu barədə hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.

Əbülfəs Qarayev cənub zonasında vətəndaşlarla görüşüb 

27 Aprel 2017 14:48

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü aprelin 27-də Lənkəranda olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, şəhər Mədəniyyət mərkəzində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirilib.

Qəlyandan istifadə qadağan edilməlidir

27 Aprel 2017 14:45

“Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir”. “Olaylar” məlumat verir ki, bunu aprelin 27-də parlamentdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.

Keyfiyyətsiz siqaretlər bazara axın edir

27 Aprel 2017 14:43

Aprelin 27-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun ictimai müzakirəsi məqsədilə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Parlamentin 5 komitəsinin birgə təşkil etdiyi dəyirmi masada cıxışı edən vitse-spiker Bahar Muradova qeyd edib ki, tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub.

AŞPA Türkiyə kimi böyük dövləti itirmək təhlükəsindədir AKTUAL+ANALİZ

27 Aprel 2017 14:34

Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) 2004-cü ildən bu yana ilk dəfə Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı əlbəttə ki, bu qurumun səmimiliyinə inamsızlığı daha da artırmış oldu. Xüsusilə, dünyada qlobal siyasi böhranlar baş verərkən, eləcə də geosiyasi xəritədə Türkiyə kimi önəm daşıyan bir dövlətə qarşı “səlib yürüşünə” start verilməsi ümumiyyətlə, Avropa məkanına yaxşı heç nə vəd verə bilməz.

"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

27 Aprel 2017 14:27

Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib. O, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.

İtaliyalı senator: Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar

27 Aprel 2017 14:19

"İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxılıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına daim maneçilik törədirlər.

Beynəlxalq hesabat: Ermənistan Afrika ölkələri ilə eyni səviyyədədir

27 Aprel 2017 14:15

Ermənistan demokratiya səviyyəsinə görə Afrika ölkələri ilə bir sıradadır. Bunu Beynəlxalq "Economist Intelligence Unit" və "Freedom House" təşkilatlarının demokratiya və azadlıq səviyyəsinə görə hazırladığı hesabat göstərir.

Nə demokratiya, nə bəşəri dəyərlər bizə kənardan idxal edilməməlidir

27 Aprel 2017 14:08

Fransızlar Yelisey Sarayını növbəti müddətə etibar edə biləcək prezidenti müəyyənləşdirmək mərhələsindədirlər. Ötən həftə keçirilən prezident seçkilərinin birinci mərhələsində ölkənin bir nömrəli postuna iddialı olan namizədlərdən heç biri mütləq əksəriyyətinin səsini toplaya bilmədiyi üçün seçkilərin ikinci turunun keçirilməsi zərurəti meydana gəlib. Beləliklə, mayın 7-də fransız seçicilər seçki məntəqələrinə gedərək hazırkı prezident Fransua Ollandı əvəz edəcək şəxsi seçərək ona Yelisey Sarayını etibar edəcəklər. Prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq namizədlərdən biri radikal Milli Cəbhənin lideri Marine Le Pen, digəri isə özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makrondur. İndi bütün diqqətlər mayın 7-də baş verəcək ikinci tur seçkilərə yönəlib desək yanılmarıq..

Dünya tarixçilərinin Prezident İlham Əliyevə müraciəti

27 Aprel 2017 14:07

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

Ölkədə bunkerlərin sifarişi artıb - Nüvə müharibəsinə HAZIRLIQ

27 Aprel 2017 14:02

Şimali Koreya tərəfindən nüvə təhdidinin artması ilə əlaqədar olaraq Yaponiyada ev və korporativ bunkerlərin quraşdırılmasına sifarişlər kəskin artıb.

İngilis deputat erməniləri BİABIR ETDİ: “ Edvard Nalbandyanın arvadı ilə...”

27 Aprel 2017 13:57

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ilin yanvarında keçirilmiş qış sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı məruzə ilə çıxış edən britaniyalı deputat Robert Uolter bu günlərdə maraqlı açıqlamaları ilə yadda qalıb.

Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI

27 Aprel 2017 13:55

“Avropa İttifaqı-Türkiyə əlaqələri Ankarada baş verən proseslərlə əlaqədar zərbə aldı”.  Bunu ölkə parlamentində (buntestaq) çıxışında Almaniya kansleri Angela Merkel deyib. "Son həftələrdə baş verən proseslər Almaniya və Avropa İttifaqının Türkiyə ilə əlaqələrinə mənfi təsir göstərdi. Avropa İttifaqı Türkiyənin ATƏT-in hesabatına hansı reaksiya verdiyini yaxından izləyəcək. Türkiyə bu hesabata və tənqidi müşahidələrə cavab verməlidir”, - alman hökumətinin başçısı bildirib.

Qərbə SƏRT XƏBƏRDARLIQ: “Rusiyaya qarşı bu taktika...”

27 Aprel 2017 13:52

“Dünyanın təhlükəsizlik məsələləri üzrə Rusiya ilə güc diliylə danışıqlar aparmaq cəhdləri perspektivsizdir”. Bunu beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Sabah 25 dərəcə isti olacaq

27 Aprel 2017 13:51

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.