Əbülfəs Qarayev cənub zonasında vətəndaşlarla görüşüb 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü aprelin 27-də Lənkəranda olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, şəhər Mədəniyyət mərkəzində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü aprelin 27-də Lənkəranda olub. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, şəhər Mədəniyyət mərkəzində Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31