Keyfiyyətsiz siqaretlər bazara axın edir
Aprelin 27-də Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun ictimai müzakirəsi məqsədilə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib. Parlamentin 5 komitəsinin birgə təşkil etdiyi dəyirmi masada cıxışı edən vitse-spiker Bahar Muradova qeyd edib ki, tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub.
27 Aprel 2017 14:43 SosialKomitə sədri: "Nə qədər qadağalar qoyulsa da siqaret çəkənlərin qarşısını tam ala bilməyəcəyik"
Aprelin 27-də Milli Məclisdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun ictimai müzakirəsi məqsədilə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib. Parlamentin 5 komitəsinin birgə təşkil etdiyi dəyirmi masada cıxışı edən vitse-spiker Bahar Muradova qeyd edib ki, tütünlə mübarizə məsələsi, daha doğrusu, ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Çünki birbaşa insanların sağlamlığı ilə bağlı məsələdir. O, deyib ki, məsələnin aktuallığı və əhəmiyyətliliyi tədbirdə müvafiq dövlət qurumlarının və onların təmsilçilərinin də iştirakını zəruzi və vacib etdi. Komitə sədri bildirib ki, təhsil müəssisələrinə yaxın yerlərdə qapalı müəssisələr olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir. Bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında" qanun layihəsinə əlavələr edilməlidir, çünki təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur: "Yeniyetmə gənclər də həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik" . Milli Məclisin (MM) Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bildirib ki, tütün məmulatlarının (siqaretin) nümayişinin qadağa olunması ilə bağlı qəbul olunacaq qanun geriyə də şamil ediləcək. O, qeyd edib ki, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb: "Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra qadağa geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək". Millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədən bir tütündən istifadə edənlərdən biri dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda, ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görərik ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur: "Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik. Təəssüf ki, siqaret istehsal edən böyük şirkətlər harada ki, siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda öz məhsullarını infikaş etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdəki keyfiyyətinə baxanda keyfiyyət heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir".