"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

Ötən il "Bəyaz Şou"ya zəng vuraraq qalmaqala səbəb olan Ayşə müəllimə həbs edilib. O, canlı efirə bağlanaraq ölkənin cənub şərqində baş verən hərbi əməliyyatlara diqqət çəkmiş və ordunu silahsız insanlara qarşı zor tətbiq etməkdə ittiham etmişdi. Bunun ardından qadın haqqında "Terror təşkilatını müdafiə etmək" ittihamı ilə cinayət işi açılmış, aparıcı Bəyazit Öztürk isə tamaşaçılardan üzr istəmiş, həmin an özünü itirdiyini demişdi.

Bundan sonra 38 nəfər "Hamımız Ayşə müəlliməyik" kampaniyası ilə qadını müdafiə etməyə başlamışdı. Prokurorluq həmin adamlar haqqında "terror təşkilatını təbliğat" ittihamı ilə cinayət işi açıb.

Məhkəmədə həmin şəxslər ifadə verərək "Biz Ayşe Çelikin fəryadına sahib çıxdıq. Çünki sözlərinin yaşadığı, gördüyü, şahidi olduğu kədərləri əks etdirdiyini bilirdik. Onun sözlərində hər hansı bir təşkilatın təbliğatı yoxdur. Həqiqətin ifadəsi idi. Biz də bu səsə qatıldıq" deyiblər.

Məhkəmə A.Çelik haqqında 1 il 3 ay həbs cəzası qərarı çıxarıb. Lakin qərarın icrası müttəhimin heç bir cinayət törətməyəcəyi təqdirdə təxirə salınıb. Digər 38 nəfər də məhkəmədən bəraət alıb. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31