Qəlyandan istifadə qadağan edilməlidir
“Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir”. “Olaylar” məlumat verir ki, bunu aprelin 27-də parlamentdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.
27 Aprel 2017 14:45 SosialDeputat: "Elə gənclər var ki, siqaret çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir"
"Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir". "Olaylar" məlumat verir ki, bunu aprelin 27-də parlamentdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.
O, deyib ki, qəlyan insanın səhhəti üçün çox zərərllidir: "Qəlyandan istifadə zamanı onun müştüyü və borusu dəyişməlidir. Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və qanunla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir". A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz:"Uşaqlara siqaret satanların cərimələnməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli və onlara qarşı tədbirlər görülməlidir".