Nə demokratiya, nə bəşəri dəyərlər bizə kənardan idxal edilməməlidir
Fransızlar Yelisey Sarayını növbəti müddətə etibar edə biləcək prezidenti müəyyənləşdirmək mərhələsindədirlər. Ötən həftə keçirilən prezident seçkilərinin birinci mərhələsində ölkənin bir nömrəli postuna iddialı olan namizədlərdən heç biri mütləq əksəriyyətinin səsini toplaya bilmədiyi üçün seçkilərin ikinci turunun keçirilməsi zərurəti meydana gəlib. Beləliklə, mayın 7-də fransız seçicilər seçki məntəqələrinə gedərək hazırkı prezident Fransua Ollandı əvəz edəcək şəxsi seçərək ona Yelisey Sarayını etibar edəcəklər. Prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq namizədlərdən biri radikal Milli Cəbhənin lideri Marine Le Pen, digəri isə özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makrondur. İndi bütün diqqətlər mayın 7-də baş verəcək ikinci tur seçkilərə yönəlib desək yanılmarıq..
27 Aprel 2017 14:08 SiyasətƏli Əliyev: "Bunlar üçün özümüzün təcrübəmiz var"
Fransızlar Yelisey Sarayını növbəti müddətə etibar edə biləcək prezidenti müəyyənləşdirmək mərhələsindədirlər. Ötən həftə keçirilən prezident seçkilərinin birinci mərhələsində ölkənin bir nömrəli postuna iddialı olan namizədlərdən heç biri mütləq əksəriyyətinin səsini toplaya bilmədiyi üçün seçkilərin ikinci turunun keçirilməsi zərurəti meydana gəlib. Beləliklə, mayın 7-də fransız seçicilər seçki məntəqələrinə gedərək hazırkı prezident Fransua Ollandı əvəz edəcək şəxsi seçərək ona Yelisey Sarayını etibar edəcəklər. Prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq namizədlərdən biri radikal Milli Cəbhənin lideri Marine Le Pen, digəri isə özünü mərkəzçi sayan "En Marche" (Yürüş) Hərakatının lideri Emmanuel Makrondur. İndi bütün diqqətlər mayın 7-də baş verəcək ikinci tur seçkilərə yönəlib desək yanılmarıq..
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hesab edir ki, Fransada mayın 7-də keçiriləcək prezident seçkilərinin nəticələri fransızlarla yanaşı, digər ölkə vətəndaşları, elə Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Partiya sədri hesab edir ki, Fransa Azərbaycan üçün önəm kəsb edən ölkələrdəndir. Onun sözlərinə görə, hələ prezident Heydər Əliyev dövründən hər yeni siyasi mərhələ məhz Parisə səfərdən başlayardı.Hazırda da Prezident İlham Əliyev bu ənənəni davam etdirir. O, bildirib ki, hazırda dünya da bu seçkiyə həssaslıqla yanaşır: "Çünki Fransa 500 milyonluq Avropa Birliyinin 2 favoritindən biridir. Bu baxımdan, Yelisey sarayının növbəti sahibinin kim olacağı mühüm dünya çaplı hadisədir. Seçkilərin birinci turundan sonra 2 namizəd yarışı davam etdirir. Bunlar Emmanuel Makron və Marine Le-Pendir. Xanım ultramillətçi Le -Penin prezident olacağı az inandırıcıdır. Çünki mübarizədən kənarlaşmış digər namizədlər artıq Makrona dəstək verəcəklərini bəyan ediblər. Bir də Avrobədbinlərə aid olan, Rusiya ilə münasibətlərə üstünlük verən, fransızların maraqlarını önə çəkən millətçi Le-Penin xarizmasının dünya idarəçiliyinə mane ola biləcəyi aydın görünür. Əslində bu seçkilərin favoriti ola biləcək, xırda korrupsiya qalmaqalı ilə uduzdurulan sağ mərkəzin aparıcı təmsilçisi Fiyon da təxminən baxışlarına görə xanım millətçidən geri qalmırdı. Lakin ötən seçkilərdə olduğu kimi, bu il də Fiyon ədalətsizliyə uğradıldı. Yada salım ki, ötən seçkilərdə əsas fiqur sağ mərkəzçi, Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Stross Kan Nyu-York
otelində xidmətçi qadının böhtanı nəticəsində prosesdən uzaq düşmüşdü. Belə nəticə çıxarmaq olur ki, Fransa kimi nəhəng dövlətin belə sərbəst prezident seçmək imkanı mövcud deyil. Bizə göstərilən tamaşa təmamilə klassik demokratiya anlayışından uzaq bir məzhəkədir. Fransanın başına görün bir kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, Parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük övlad-nəvəli müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs. Sonuncu məqam xüsusilə diqqət çəkəndir. Prezident üsul-idarə tövrünü ilk növbədə onun şəxsiyyəti müəyyən edir. Şəxsiyyət isə psixika və baxışlar sistemi ilə tənzimlənir. Onun seçimdə sərbəst olduğu doqmasını qəbul edən, tibbin psixiatriya və həyatın psixoanaliz tərəfindən azacıq məlumatlı birisi kimi bildirmək istəyirəm ki, insanların şəxsi keyfiyyətlərinin bilinməsi, seçim zamanı bunların nəzərə alınması müstəsna dərəcədə vacibdir. 39 yaşlı şəxsin 63 yaşlı qadınla ailə qurmasında pis bir iş zahirən görünməsə də, bunun normal əlaqə olmasını da iddia etmək yanlışdır. Tibbdə yaşlılara meyllilik heranto-, kiçiklərə meyllilik isə pedofiliya adlanır. Bu cütlükdə nəyin üstün olmasını bildirmək çətin də olsa, anomaliyanın ortada olduğu əyanidir. Fransa kimi nəhəng iqtisadi, diplomatik, hərbi, nüvə imperiyasının başına belə bir şəxsin oturdulması dünyanın mənəvi böhranından xəbər verir". Əli Əliyev qeyd edib ki, maraqlı bir cəhət isə yerli mətbuatın ümidlə Qarabağ məsələsinə dair bu şəxsin bəyanatını tirajlamasıdır: "Bir azdan bu bizə, Türkiyəyə və digər müsəlman dövlətlərinə demokratiya, haqq-ədalət, insan haqları və sair mövzularda ağıl qoymağa başlayacaq. Bütün bunları yazmaqda məqsədim cəmiyyətimizə "Heç kəsdən nicat gözləmə, özün ayağa qalx" fikrini bildirməkdir. Onların bizə verəcəkləri faydalı ola bilməz. Bu yerdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi bəraət alır və təqdir edilməlidir. Nə demokratiya, nə bəşəri dəyərlər bizə kənardan idxal edilməməlidir. Bunlar üçün özümüzün bir əsrlik təcrübəmiz var".
Füzuli