Gündəm
Ölkədə orqan transplantasiyasına nə maneə olur?
Göz qişasının transplantasiyası nəticəsində insanın yenidən gözünə işıq gələrək şəfa tapması sözün həqiqi mənasında heyrətamizdir. Artıq sözügedən problemlə bağlı növbədə dayanan üç minə yaxın vətəndaşımıza bu sevinci dadmaq qismət olacaq. Belə ki, Milli Məclis tərəfindən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verildi.
Hərraclar investorlar üçün geniş imkanlar yaradır
Azərbaycanda dözvlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirilir. Bu məqsədlə dövlət başçısı “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Sənəd Özəlləşdirmə istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatladırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə istiqamətlənib. Maraqlıdır, aidiyyatı mərkəzi və yerli icra hakimiyyəti orqanları dövlət başçısının fərmanından irəli gələn məsələlərin həlli istiqamətində hansı addımları atıblar? Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2017-ci ilin birinci rübü ərzində ümumilikdə respublika üzrə 43 hərrac keçirilib.
AŞPA-nın tarixi səhvi
Türkiyəyə qarşı Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qərəzli qərar, yanaşma qardaş ölkədə haqlı etirazlar doğurmaqdadır. Türkiyə cəmiyyəti birmənalı olaraq Avropa Şurasının Ankaraya qarşı qərəzli yanaşma ortaya qoyduğu düşüncəsindədir. Rəsmi və qeyri-rəsmi səviyyələrdə edilən bu etirazın nəticələri, Avropada artmaqda olan antiTürkiyə mövqeyinin səbəbləri və onun doğuracağı nəticələrlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktaya müraciət etdik.
Nağdlaşdırma ilə bağlı limitin tətbiqi hansı çətinliklər yaradır?
Banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər son günlər ən çox müzakirə edilən məsələlərdəndir. Mövcud qaydalara əsasən, ƏDV məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30 min, digər vergi odəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər. Bəs, bu qadağalar iqtisadi proseslərdə, eləcə də maliyyə əməliyyatlarında hansı çətinliklər yaradır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Çətinliklər nədir və niyə bu qadağalar birmənalı qarşılanmır?
Egemen Bağış: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil. Bunu müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.
Stoltenberq: Çevrilişə cəhd etmiş şəxsləri təqib etmək Türkiyənin haqqıdır
Çevrilişə cəhd etmiş şəxslərin təqib edilməsi Türkiyənin haqqıdır, lakin bu, ciddi şəkildə qanun çərçivəsində aparılmalıdır. Bunu NATO baş katibi Yenes Stoltenberq deyib.
300 min dollarlıq çantanı oğurlayan qadının ailəsi bağlı İLGİNC MƏLUMAT - VİDEO
ABŞ-dan körpəsiylə İstanbula gələrkən oğrular tərəfindən 300 min dollarlıq ləl-cəvahiratla dolu çantası oğurlanan Dəniz Kula qarşı quldurluq edən şəxslər ailəlikcə cinayətkar çıxdılar...
Çağatay Ulusoyun yeni layihəsi bəllidir
"İçerde" serialının "Sarp"ı Çağatay Ulusoy artıq yeni layihəsi ilə bağlı danışıqlara başlayıb. "İçerde"nin 39-cu seriyada bitəcəyi artıq dəqiqləşib. Serialın əvvəldən bir mövsümlük olacağı deyildiyi üçün yaradıcı heyət sözünün üstündə qalıb.
İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar
İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
Quba almalarının İrəvana "müdaxiləsi": istehsalçı şirkət “bizə dəxli yoxdur” deyir
Ermənistan bazarlarına hansısa yolla gedib çıxmış Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir. Dövlət strukturlarının bazarlarda reydlər keçirib Azərbaycan istehsalı olan almaları satışdan yığışdırmaq və məhv etmək səylərinə baxmayaraq erməniləri təşvişə salan meyvə piştaxtalarda hələ də qalır.
Fransa XİN: Suriyada kimyəvi silahlardan Bəşər Əsədin əmri ilə istifadə olunub
Fransa Xarici İşlər NazirliyiSuriyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumun Bəşər Əsədin əmri ilə həyata keçirildiyini təsdiqləyən hesabat yayıb. Hesabatda hadisə yerindən götürülmüş nümunələrin analiz nəticələri təqdim olunub. Bütün nümunələrdə kimyəvi silah üçün xarakterik olan zarin və heksamin qarışığı, diizopropil metilfosfonat maddəsi aşkarlanıb.
Mənzili qarət edən ev sahibinin qohumu çıxdı
Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşylarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar.
“Azərsun Holdinq” daha 42 məhsulun qiymətini aşağı saldı
Son aylar ərzində milli valyutamızın ABŞ dolları qarşısında dəyər qazanması ölkə həyatının müxtəlif sahələrində müsbət özünü göstərir. Azərbaycanın aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” yaranmış müsbət vəziyyəti nəzərə alaraq daha 42 çeşiddə yağ məhsulunun qiymətini aşağı salıb.
Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Əbilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan Prezidenti bildirib ki, “bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.
Azərbaycanın və Rusiyanın hərbi mütəxəssisləri arasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə işçi görüşü keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.


.jpg)











