Hərraclar investorlar üçün geniş imkanlar yaradır
Azərbaycanda dözvlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirilir. Bu məqsədlə dövlət başçısı “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Sənəd Özəlləşdirmə istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatladırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə istiqamətlənib. Maraqlıdır, aidiyyatı mərkəzi və yerli icra hakimiyyəti orqanları dövlət başçısının fərmanından irəli gələn məsələlərin həlli istiqamətində hansı addımları atıblar? Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2017-ci ilin birinci rübü ərzində ümumilikdə respublika üzrə 43 hərrac keçirilib.
27 Aprel 2017 13:43 SosialEkspert: "Müsbət haldır ki, özəlləşdirmə mərhələsində yerli sahibkarlarla yanaşı xarici investorlar üçün də imkan yaradılıb"
Azərbaycanda dözvlət əmlakının özəlləşdirilməsi prosesi həyata keçirilir. Bu məqsədlə dövlət başçısı "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Sənəd Özəlləşdirmə istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatladırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə istiqamətlənib. Maraqlıdır, aidiyyatı mərkəzi və yerli icra hakimiyyəti orqanları dövlət başçısının fərmanından irəli gələn məsələlərin həlli istiqamətində hansı addımları atıblar? Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, təkcə 2017-ci ilin birinci rübü ərzində ümumilikdə respublika üzrə 43 hərrac keçirilib. Bunlardan 11-i Bakıda, 33-ü isə respublikanın digər rayon və şəhərlərində baş tutub. Səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə 12 pul hərracı reallaşıb. Hərracda kiçik dövlət müəssisə və obyekti, istifadəsiz qeyri-yaşayış sahəsi, nəqliyyat vasitəsi, səhmdar cəmiyyətləri özəlləşdirilir. Özəlləşdirilən əmlaklar məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən açıq, şəffaf hərraclar hazırda da davam edir. Hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hərracların açıq və şəffaf keçirilməsi, iştirak etmək prosedurunun olduqca rahat olması, əmlak sahibi olmaq istəyən iş adamları, sadə vətəndaşlar, investorlar üçün geniş şərait yaradır. İstənilən şəxs, vətəndaş, sərmayəçilər, QHT, media nümayəndələri prorsesin gedişatını canlı izləmək imkanına malikdir. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Beləki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir. Qeyd edilməlidir ki, yaxın gələcəkdə reallaşacaq elektron hərraclarda özəlləşdirmə prosesinin daha da sürətlənməsinə gətirib çıxaracaq.
Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin artmasına gətirib çıxarır. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır. Hərracların keçirilməsinin bir çox üstünlükləri var. Mühüm üstünlük belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı (privatization.az) üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az" səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir. Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması, geniş ictimaiyyətə, potensial yerli və xarici investorlar üçün müvafiq informasiya təminatının yaradılması məqsədilə Komitə tərəfindən istifadəyə verilmiş "Özəlləşdirmə portalı"ndan I rüb ərzində istifadə edənlərin sayı 200 minə yaxın olmuşdur. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan 600 minə yaxın istifadəçi qeydə alınmışdır. Bu isə investorlarımn heç bir mane olmadan keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.
İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, indiki həssas dövrdə iri müəssisələrin özəlləşdirməyə çıxarılması ölkə iqtisadiyyatına daha çox xeyir verə bilər. Onun fikrincə, dövlət mülkiyyətində olan, mənfəətlə işləməyən, bəzi hallarda keyfiyyətli xidmətlər göstərə bilməyən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə büdcənin yükü azalacaq: "Çox müsbət haldır ki, özəlləşdirmənin bu mərhələsində yerli sahibkarlarla yanaşı xarici investorlar üçün də yaxşı imkan yaradılıb. Çünki hərracların açıq və şəffaf keçirilməsi, hər bir hərrac barədə məlumatların mətbuatda yayılması, hərraca çıxarılan müəssisələrin xarakteristikası haqqında ətraflı bilgilərin verilməsi yerli və xarici investorların prosesə marağının artırılması üçün vacib amildir. Özəlləşdirmə çıxarılmış dövlət əmlaklarının hərrac yolu ilə satışının bu cür təşkili investorlar üçün cəlbedici görünə bilər. Proses yalnız bir mülkiyyətin digər mükiyyətə transformasiyası deyil, eyni zamanda sosial hüquqların qorunması, şəffaflığın artrılması, daha ədalətli və açıq özəlləşdirmənin keçirilməsinə zəmin hazırlayır. Bütün bunlar nəticə etibarilə ölkəyə yeni investisiyaların daxil olması üçün yaxşı şərait yaradır".
Nurlan