Ölkədə orqan transplantasiyasına nə maneə olur?
Göz qişasının transplantasiyası nəticəsində insanın yenidən gözünə işıq gələrək şəfa tapması sözün həqiqi mənasında heyrətamizdir. Artıq sözügedən problemlə bağlı növbədə dayanan üç minə yaxın vətəndaşımıza bu sevinci dadmaq qismət olacaq. Belə ki, Milli Məclis tərəfindən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verildi.
27 Aprel 2017 13:45 SosialMental dəyərlər, yoxsa tibbi rəyin olmaması?
Göz qişasının transplantasiyası nəticəsində insanın yenidən gözünə işıq gələrək şəfa tapması sözün həqiqi mənasında heyrətamizdir. Artıq sözügedən problemlə bağlı növbədə dayanan üç minə yaxın vətəndaşımıza bu sevinci dadmaq qismət olacaq. Belə ki, Milli Məclis tərəfindən "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunlara edilən dəyişikliklərə əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verildi.
Qeyd edək ki, Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına icazə verilməsi ilə bağlı qanunlara dəyişiklik həm vətəndaşlar, həm də tibb işçiləri tərəfindən müsbət qarşılanıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda gözün qişasının transplantasiyasını həyata keçirmək üçün lazım olan bütün tibbi avadanlıq və kadr potensialı olduğu halda qanunvericilikdəki məhdudiyyətlər sözügedən əməliyyatın həyata keçirilməsinə yasaq qoymuşdu. Artıq ölkədə gözün qişasının transplantasiyası əməliyyatı çox rahat şəkildə həyata keçiriləcək. Buna baxmayaraq hələ bəzi orqanların ölkəyə gətirilməsinə icazə verilmədiyindən digər xəstələrin həyata qaytarılması sual altında qalır.
Millət vəkili Qənirə Paşayeva gözün buynuz qişası toxumalarının ölkəyə gətirilməsinə icazə verilməsinin önəmli bir hadisə olduğunu vurğulayıb. Bildirib ki, bununla buynuz qişası köçürülməsini gözləyən yüzlərlə insanımızın problemi öz həllini tapacaq: "Bu əməliyyat üçün vətəndaşlarımız artıq xarici ölkələrə üz tutmaycaq, öz ölkəmizdə bu əməliyyatlar həyata keçiriləcək". Bununla yanaşı deputat bir sıra təkliflərlə də çıxış edib. Millət vəkili bildirib ki, bundan sonra çox vacibdir ki, ürək və qan-damar əməliyyatlarında istifadə olunan toxumaların, homoqreftlərin, qapaqlar və damarların, yəni toxumaların ölkəyə gətirilməsinə də icazə verilsin: "Ölkəmizdə cənab Prezidentin də iştirak etdiyi Bakıda "Ürək Mərkəzi"nin açılışı oldu. Bu gün ölkəmizdə yüksək səviyyədə ən mürəkkəb ürək əməliyyatları həyata keçirilə bilər. Ürək qapağının infeksiyalaşması, endokardit, uşaqlarda bir sıra mürəkkəb ürək əməliyyatlarında və s. bu kimi əməliyyatlarda istifadə olunan toxumaların, homoqreftlərin ölkəyə gətirilməsinə icazə verilməsi çox vacib məsələdir və bu, ən mürəkkəb ürək əməliyyatlarının həyata keçirilməsinə öz müsbət təsirini göstərə bilər. Eyni məsələ oynaq toxumaları ilə də bağlıdır". Q. Paşayeva bildirib ki, bir sıra ölkələrdə homoqreftlərin və bir sıra toxumaların satışı rəsmi şəkildə həyata keçirilir və onların rəsmi qaydada ölkəyə gətirilməsi bu istiqamətdə vacib əməliyyatların həyata keçirilməsi üçün həyati vacibdir, bu məsələlərə də parlament səviyyəsində baxılıb qanunvericilikdə bu istiqamətdə də əlavə və dəyişikliklərin olması vacibdir: "Biz çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xarici ölkəyə üz tutmasın və öz ölkəmizdə bu əməliyyatları həyata keçirə bilsinlər. Bunun üçün də qanunvericilikdə bu istiqamətdə əlavə və dəyişiklərin edilməsinə ehtiyac var". Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda orqan transplantasiyası ilə bağlı bankın yaradılması istiqamətində iş gedir. Onun sözlərinə görə, Azərbaycana bir çox orqan və toxumaların gətirilməsinə qoyulan qadağaların əsası var: "Bu gün Azərbaycanda orqan və toxumaların plantasiyası ilə bağlı xüsusi bankın olmamasında xaricdən lazım olan orqan və toxumalar alınır. Ancaq gələcəkdə bu sahədə bank yaradıldıqdan sonra orqan və toxumaların gətirilməsinə ehtiyac qalmayacaq. Bu gün azərbaycanda bank yoxdur. Hazırda Azərbaycanda orqan və toxumaların bankı yaradılması istiqamətində iş gedir. Bu bank yaradıldıqdan sonra xaricdən belə orqanlarının gətirlməsinə ehtiyac qalmayacaq".
Ekspertlrin qənaətinə görə, Azərbaycanda milli mental dəyərlər və beyin ölümü diqaqnozunun təyin edəlməməsi orqan transplantasiyasının həyata keçirilməsinə maneə törədir. Nəzərə almaq lazımdır ki, transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsinə ehtiyac duyulur. Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi isə hazırki düşüncə ilə qeyri-mümkün görünür. Odur ki, meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi məsələsi insanların düşüncəsində yer almalıdır.Onu da qeyd edək ki, Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" mükəmməl qanun qüvvədədir. Qalır onun müddəalarının yerinə yetirilməsi üçün lazım olan addımların atılması.
Zəka