Gündəm
Hərbi mütəxəssislər arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilib
Azərbaycan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.
AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçirilib
AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Thomson Reuters” agentliyi tərəfindən ““Web of Science” məlumat platforması elmmetrik məlumat mənbəyi kimi” mövzusunda maarifləndirici seminar keçirilib.
MTN generalı Elçin Quliyev məhkəməsi başlayıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Daşkənd baharı-2017” festivalında azərbaycanlı rejissorun quruluş verdiyi tamaşa nümayiş edilib
“Daşkənd baharı-2017” IV Beynəlxalq Opera və Balet Festivalı çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edib.
Musa Quliyev: "İş yerlərində siqaret çəkilməsi üçün qapalı yerə ehtiyac yoxdur"
“Bəzi həmkarlarım ehtiyat edir ki, qanun sərt şəkildə qəbul edilsə, bu işləməyəcək. Axı niyə işləməsin?!”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.
Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Türk ordusuna təslim oldular
İŞİD terror qrupunun aldadaraq qruplarına daxil etdikləri gənc nümayəndələr İŞİD – dən qaçmağa başlayıblar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD - ə qoşulan bir qrup əcnəbi gənclər qaçaraq, Türkiyə sərhəddində Türk ordusuna təslim olurlar. Təslim olanlar Kıbrıs əsilli Stefan Aristidou və Paul Kleman Öncüpınar sərhəddinə gəliblər. Ameika və İngilis vətəndaşı olduqları bildirilən gənclərin üzərində heç bir sənəd tapılmayıb. Türkiyə rəsmiləri məlumatı İngiltərə və Amerika səfirliklərinə bildiriblər.
Sərhəddə meşə yanır
Rusiya - Azərbaycan sərhəddində meşə yanğını baş verib. Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür. Yanğının Azərbaycan ərazisinə keçməməsi üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.
Komitə sədri: “Siqaretlərin üstündə nikotinin az olması barədə absurd məlumatlar yazılır”
“Bəzi layt siqaretlərin üstündə nikotinin az olması barədə məlumatın yazılması tütünə qarşı mübarizədə problem yaradır. Layt siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.
Hansı ölkədə ən çox siqaret çəkilir?
“Əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin 52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda, Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siaqret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub. Bunlar da havadan götürülmüş rəqəmlər deyil, dəqiq statistikadır”.
“Müəllim dünyası” kitabının təqdimatı olub
Tanınmış yazıçı-publisist Saminə Hidayətqızının tərtibçisi və redaktoru olduğu “Müəllim dünyası” kitabının təqdimat mərasimi keçirilib. Kitabda 85 yaşlı görkəmli pedaqoq, böyük riyaziyyatçı Bəhram Yusifzadənin tələbəsi olan, 63 il riyaziyyat fənnini tədris etməklə yanaşı, təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışan, ömrünün böyük hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edən qocaman müəllim Möhtəmən Dənziyevin həyatı və pedaqoji fəaliyyəti əks olunub. “Müəllim dünyası”nda şərəfli ömür yolu keçmiş, müxtəlif ictimai-siyasi formasiyalarda yaşamış, “Uzunömürlülər festivalı”nın iştiraçısı, el ağsaqqalı Hacı Möhtəmən Dənziyevin həyat və nümunəvi fəaliyyəti ilə bərabər, yaz aylarında ətriyyat mağazalarına bənzədilən Lerik dağlarının qoynunda yerləşən qədim Çayrud kəndinin tarixi, əsrarəngiz təbiəti, çağrafi mövqeyi, qədim keçmişi və bu günü haqqında da geniş məlumat verilir. Həmçinin kitabda arxiv materiallarından və tarixi sənədlərdən istifadə edilməklə Çayrud kəndində son 600 il ərzində yaşayan insanların səcərəsi də adbaad təqdim olunur.
ƏSA Teatrı daha bir ilk ilkə imza atdı
Müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünyamiqyaslı bir ilkə imza atacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, mayın 2 – də saat 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq. Tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır. İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.
"Kataloniya murdarları çempionluq iyini almayacaqlar"
"Malaga"nın sahibi Abdullah Al Tani maraqlı açıqlaması ilə gündəmə düşüb. "Malaga"nın baş məşqçisi Miçelin "Real"ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə səbəb olub. Azarkeşlər "Malaga"nın son turda "Real"a qəsdən məğlub ola biləcəyini düşünürlər.
Avropa AŞ PA vasitəsilə Türkiyəyə qarşı siyasi şantaj həyata keçirir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinq qərarı birmənalı qarşılanmayıb. Xüsusən, Türkiyədən sözügedən qərarla bağlı sərt reaksiya gəlib. Hətta qurumla münasibətlərə yenidən baxılması məsələsi gündəmi zəbt edib.
Bakıda quldurluq: başına vurub evə girdilər
Bakıda quldurluq hadisəsi baş verib. Aprelin 26-da saat 4 radələrində Nəsimi rayonu ərazisində yaşayan Səyyad Cəbiyevin mənzilinə aldatma yolu ilə girən 4 naməlum şəxs onun başına dəmir parçası ilə xəsarət yetirərək oradan içərisində 200 manat pul və sənədlər olan pulqabısını aparıblar.










.jpg)



