"Kataloniya murdarları çempionluq iyini almayacaqlar"

"Malaga"nın sahibi Abdullah Al Tani maraqlı açıqlaması ilə gündəmə düşüb.  "Malaga"nın baş məşqçisi Miçelin "Real"ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə səbəb olub. Azarkeşlər "Malaga"nın son turda "Real"a qəsdən məğlub ola biləcəyini düşünürlər.

"Fanatlardan birinin "Barselona"nın çempionluğu üçün son turda "Real"ı məğlub etməyiniz yetərli olacaq" fikri Al Tanini özündən çıxarıb: "Allahın köməyi ilə qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar".

"Malaga"nın baş məşqçisi Miçel də "Real" azarkeşi olduğunu etiraf edib: "Real"a 25 ilimi vermişəm. Hazırda "Malaga"nı çalışdırmağıma baxmayaraq, hələ də "Real"a azarkeşlik edirəm. Ancaq oyunçularımdan uduzmalarını istəsəm, məni döyərlər". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31