Gündəm

Millət vəkili: “Multikulturalizm dəyərlərini qorumaq həyati əhəmiyyət kəsb edir”

27 Aprel 2017 12:22

"Son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər bizi narahat etməyə bilməz".  Bunu Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova qurumun sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı deyib.

Pedaqoji Kollecdə sərgi – konfrans

27 Aprel 2017 12:17

Aprelin 28 – də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Milli Kitabxanası və BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirəcək.

Nazirlər Kabineti İslamiada zamanı Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verib

27 Aprel 2017 12:14

Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Hindistanda hərbi düşərgəyə hücum: döyüş davam edir

27 Aprel 2017 12:03

Hindistanın Cammu və Kəşmir ştatında silahlılar hərbi düşərgəyə hücum ediblər. Bu barədə NDTV telekanalı məlumat verib. İnsident Panzqam yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Atışma zamanı 2 silahlı zərərsizləşdirilib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. Hazırda döyüşün davam etdiyi, şiddətli atışmaların getdiyi bildirilir.

Azərbaycan diplomatının arvadı Nyu-Yorkda oğurluqda ittiham edilir

27 Aprel 2017 12:01

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən "Marshalls" mağazasından oğurluq etməkdə ittiham edilir. Azərbaycan səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb. Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Venesuela sakitliyi unutdu: yenə də toqquşma

27 Aprel 2017 11:59

Venesuelada etiraz aksiyaları səngimək bilmir. Dünən paytaxt Karakasda minlərlə insan küçələrə çıxaraq sosialist prezident Nikolas Maduronun istefasını tələb ediblər. Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.

Əxlaqsız müəllim şagirdini tovladı, onunla yatdı, həbs cəzası almadı

27 Aprel 2017 11:58

Şagirdi və həmkarı ilə birlikdə üçlü cinsi əlaqədə olan müəllim azadlıqdan məhrum edilməyib. O, şərti cəza alıb. Buna səbəb Şelli Dufren adlı müəllimin hakim qarşısında yalvarışları olub. 34 yaşlı qadına 3 illik şərti cəza verilib və bildirilib ki, ikinci belə bir səhvində bir daha bağışlanmayacaq.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat

27 Aprel 2017 11:56

Prokurorluq orqanlarında yeni təyinat olub.  Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisiOrxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.  

Lənkəranda məktəblilər narkotiklərlə mübarizə mövzusunda maarifləndiriliblər

27 Aprel 2017 11:52

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan  “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyə start verilib. İctiami Birlikdən verilən məlıumatda  qeyd olunur ki, aprel ayından   icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və  Astara  rayonlarının  seçilmiş məktəblərində  həyata keçiriləcək.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

27 Aprel 2017 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Politoloqdan AŞPA-nın qərarına etiraz

27 Aprel 2017 11:39

Avropa Şurası deyilən bir təşkilat Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib. Avstriya da ərazisində Türkiyə bayrağının sancilmasina icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Suleyman Qanuni həzrətlərinin Vyananı mühasirəsi, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında Xaclılarin birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova səsləndirib.

Fransız polislər küçələrə çıxdılar: "Bizi qoruyun!" 

27 Aprel 2017 11:37

Fransanın paytaxtı Parisdə polislər kütləvi etiraz aksiyası keçiriblər.  "Marche de la colère policière" ("Qəzəbli polislərin marşı") aprelin 20-də Yelisey Çöllərində terrorçu tərəfindən güllələnmiş 32 yaşlı polis Ksavye Jüjelenin xatirəsinin anımı ilə başlanıb.

"Lotu Quli"nin qohumuna HÖKM OXUNDU

27 Aprel 2017 11:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilənVidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, V.Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

İtaliya səfiri: "Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemidir"

27 Aprel 2017 11:25

Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemi və təhdididr. Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutilodeyib. "İtaliya və Avropa İttifaqı hesab edir ki, münaqişəyə dair danışıqların aparılmasına daha çox səylər göstərilməlidir. Bu məsələnin həlli, əlbəttə, regonun inkişafına imkan yaradacaq. Bütün maraqlı tərəflər bundan fayda əldə edəcək", - deyə səfir söyləyib.

Rusiyalı alim: "ABŞ 150 saniyəyə raketlərimizi vurar"

27 Aprel 2017 11:23

ABŞ-ın havadan müdafiə sistemi Rusiyanın qitələrarası ballistik raketlərini 150 saniyə ərzində vurmaq qabiliyyətinə malikdir. Bu sözləri Rusiya Aviasiya və Kosmik Hərbi Hava Qüvvələrinin Elmi Araşdırma İnstitutunun rəhbəri Sergey Yoqalnikov deyib. VI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən alim bildirib ki, ABŞ-da olan hərbi sistemlər hədəfi məhv etmək üçün yetərli imkanlara malikdir.