Venesuela sakitliyi unutdu: yenə də toqquşma
Venesuelada etiraz aksiyaları səngimək bilmir. Dünən paytaxt Karakasda minlərlə insan küçələrə çıxaraq sosialist prezident Nikolas Maduronun istefasını tələb ediblər. Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
27 Aprel 2017 11:59 DünyaVenesuelada etiraz aksiyaları səngimək bilmir. Dünən paytaxt Karakasda minlərlə insan küçələrə çıxaraq sosialist prezident Nikolas Maduronun istefasını tələb ediblər. Polis nümayişçilərə qarşı rezin dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Ayın əvvəlindən bəri Venesuelada müxalifətin təşkil etdiyi etiraz aksiyaları və kütləvi nümayişlər səngimək bilmir. Bu aksiyalar əksər hallarda polislə toqquşmalara çevrilir.
Aksiyaların yatırılması, habelə iğtişaşların və qarətlərin qarşısının alınması zamanı 21 nəfər həlak olub. 280 nəfər yaralanıb, təxminən 2 min nəfər həbs olunub.
Ölkədəki siyasi böhranın səbəbi Ali Məhkəmənin prezident N.Maduroya parlamenti nəzərə almamaqla fəaliyyət göstərmək səlahiyyətini verməsidir. Milli.az El Mundo-ya istinadən xəbər verir.