Fransız polislər küçələrə çıxdılar: "Bizi qoruyun!" 

Fransanın paytaxtı Parisdə polislər kütləvi etiraz aksiyası keçiriblər.  "Marche de la colère policière" ("Qəzəbli polislərin marşı") aprelin 20-də Yelisey Çöllərində terrorçu tərəfindən güllələnmiş 32 yaşlı polis Ksavye Jüjelenin xatirəsinin anımı ilə başlanıb.

"İndi asayiş keşikçilərinin, respublikanın mühafizlərinin, Milli Polisin qara fəhlələrinin nümayişi keçirilmir. Ölkə prezidentliyinə namizədlər Marin Le Pen və Emmanuel Makronun polisin problemlərinə diqqət yetirməsini tələb edirik", - Fransa Hüquq-Mühafizə Orqanları İşçilərinin Həmkarlar Təşkilatının lideri İv Löfebr deyib.

Aksiya zamanı "Polisini qoruyun!", "Polisə hücum edilir - cəmiyyət təhlükədədir!", "Dözülməz ritmdə çalışırıq, özəl həyata haqqımız var!" şüarları səslənib.

Polislər minimal maaş məbləğinin 150 avro artırılmasını, habelə cüt istirahət günü əldə etmək üçün iş qrafikinin dəyişdirilməsini tələb edirlər. Milli.az Le Figaro-ya istinadən  xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31