Hindistanda hərbi düşərgəyə hücum: döyüş davam edir

Hindistanın Cammu və Kəşmir ştatında silahlılar hərbi düşərgəyə hücum ediblər. Bu barədə NDTV telekanalı məlumat verib. İnsident Panzqam yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Atışma zamanı 2 silahlı zərərsizləşdirilib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. Hazırda döyüşün davam etdiyi, şiddətli atışmaların getdiyi bildirilir.

Qeyd edək ki, Kəşmir Hindistanla Pakistan arasında mübahisəli ərazi sayılır. Burada dövlət sərhədi yoxdur, iki ölkənin ordularını bir-birindən nəzarət xətti ayırır. Xatırladaq ki, ötən ilin sentyabrında Cammu və Kəşmir ştatında silahlıların hərbi düşərgəyə hücumu nəticəsində 17 Hindistan hərbçisi ölmüşdür. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31