Politoloqdan AŞPA-nın qərarına etiraz

Avropa Şurası deyilən bir təşkilat Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib. Avstriya da ərazisində Türkiyə bayrağının sancilmasina icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Suleyman Qanuni həzrətlərinin Vyananı mühasirəsi, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında Xaclılarin birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova səsləndirib.

Nəzakət Məmmədova: ""Gücləri Azərbaycana, bir də Türkiyəyə çatır"

Avropa Şurası deyilən bir təşkilat Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib. Avstriya da ərazisində Türkiyə bayrağının sancilmasina icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Suleyman Qanuni həzrətlərinin Vyananı mühasirəsi, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında Xaclılarin birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova səsləndirib. O, bildirib ki, halbuki, Osmanlının yüksəlib Avropaya hücumlarına qədər avropalılar ozləri Roma Papasının fitvası ilə Şərqə hücum etmiş, onlarla şəhəri xarabaya çevirmişdilər: "Çox qəribədir, bu avropalılar türklərin onlarla 500 il əvvəlki savaşını unutmur, amma bizə məsləhət görür ki, bugünkü tarixi, Qarabağın işğalını unudun və Ermənistanla ticarət edin. Alverlə başımızı qatmaq istəyirlər. Yaxud, Türkiyə Ermənistanla sərhədi açsın. Deyərlər, belə ağıllısansa, Rusiyanı razı sal, Qarabağdan çıxart. Gücləri Azərbaycana, bir də Türkiyəyə çatır. Allah türkü düşmənləri qarşisında güclü eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31