Polis Novxanı bağlarında əməliyyat keçirdi
Novxanı bağlar sahəsində yaşayan şəxsin evinin həyətinə baxış zamanı 1 ədəd tüfəng, 1 ədəd “RQD-5” qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
27 Aprel 2017 14:52 KriminalNovxanı bağlar sahəsində yaşayan şəxsin evinin həyətinə baxış zamanı 1 ədəd tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin evinin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb və B. Əliyev saxlanılıb.