Magistr olmaq istəyənlər üçün fürsət

Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb.

Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb. Rektor əvəzi bildirib ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87%-i magistratura imtahanının birinci mərhələsini keçməyə müvəffəq olub. Dövlət İmtahan Mərkəzindən (DİM) universitetə təqdim olunan nəticələrdə göstərilir ki, AzTU-dakı kuslarda hazırlaşan və imtahan verən 567 tələbədən 496-ı müsabiqənin I mərhələsini keçib. Universitetdə bu il ilk dəfə olaraq müsabiqənin II mərhələsi üçün də hazırlıqlar həyata keçiriləcək. Bunun üçün artıq, müvafiq kafedralara tapşırıq verilib ki, magistratura imtahanlarının növbəti mərhələsinə kimi I mərhələdə keçid balını toplayan tələbələrlə iş aparılsın.

İclasda o da qeyd olunub ki, I mərhələyə hazırlıqda olduğu kimi II mərhələyə hazırlıq prosesində də tələbələrin bilik səviyyəsinin müəyyən edilməsi üçün bir neçə dəfə diaqnostik qiymətləndirmə aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31