İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizdən danışılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində İsmayıllı rayon uşaq kitabxanasının iclas zalında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
27 Aprel 2017 15:03 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində İsmayıllı rayon uşaq kitabxanasının iclas zalında "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, rayon ziyalısı Valeh Salehov, şəhər "Məhəmmədiyyə" məscidinin axundu Elnur Yusifov, müəllim, tələbə və şagirdlər iştirak edib. Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyev 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi dünya müsəlmanlarının bir araya gələrək, qanlı toqquşmalara son qoymaq kimi yüksək amallara xidmət edir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli müsəlman dünyasının mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.