Avtomobil qaçıran şəxs tutuldu
Avtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
27 Aprel 2017 14:53 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da Kürdəmir rayonunun Çöl-Ərəb kəndi ərazisindən rayon sakini İlkin Allahyarlıya məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Mənsur Orucov Zərdab rayonu ərazisində Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.