Gündəm

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq

27 Aprel 2017 18:03

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır

27 Aprel 2017 17:51

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib. Aprelin 26-da proses şahid Natiq Hümbətovun ötən iclasda verdiyi ifadə üzrə dövlət ittihamçılarının və vəkillərin suallarını cavablandırması ilə davam etdirildi.

Yıldırım və Medvedev gəmini müzakirə etdilər

27 Aprel 2017 17:41

Türkiyənin Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedev arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiyaya məxsus gəminin Qara dənizdə qəzaya uğraması müzakirə olunub.

Fikir və söz azadlığının təminatçısı

27 Aprel 2017 17:37

Kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında rolu və yeri danılmazdır, mühüm əhəmiyyət daşıyır. Bir qayda olaraq KİV-lər ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş, sosial problemlərə qədər bütün məlumatları cəmiyyətə çatdırır. Eyni zamanda kütləvi informasiya vasitələri cəmiyyətin maarifləndirilməsi, onun məlumatlandırılmasında əvəzsiz vasitə hesab olunur.

SOCAR işçilərinin uşaqları üçün Almaniyada növbəti yay düşərgəsi təşkil ediləcək

27 Aprel 2017 17:31

SOCAR işçilərinin övladları üçün SOCAR və Uniper şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti Yay Düşərgəsi təşkil olunacaq. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədi ilə şirkətin İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilib.

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

27 Aprel 2017 17:30

Təhsil İnstitutu fənn olimpiadaları və müxtəlif fənn müsabiqələrinə hazırlaşan istedadlı şagirdlər üçün xüsusi vəsaitlərin buraxılışına başlayıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, ilk belə vəsait riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarına, beynəlxalq olimpiadalara və müxtəlif müsabiqələrə hazırlaşmaq istəyən VII-XI sinif şagirdləri üçün nəzərdə tutulub.

Ermənistanda hüquq müdafiəçiləri döyüldü

27 Aprel 2017 17:28

Ermənistanda hüquq müdafiəçilərinə hücum olub. Bir neçə dəqiqə əvvəl Ermənistanın Vəkillər məktəbinin direktoru Simon Babayan, Ermənistan Vəkillər Palatasının sədr müşaviri Qevorq Mkrtçyan, Ermənistan Vəkillər Palatası sədrinin xarici əlaqələr üzrə müşaviri Vrej Xaçikyan və daha bir neçə şəxs vəkil hüquq müdafiəçiləri Tiqran Atanesyanın ofisinə daxil olaraq onu və Armen Soğomonyanı döyüb. 

XİN: Ermənistanın Dağlıq Qarabağda beynəlxalq konfrans keçirmək planı təxribatdır

27 Aprel 2017 17:20

“Əldə etdiyimiz məlumata əsasən, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən İrəvanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

27 Aprel 2017 17:19

Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri aprelin 27-də Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçiriblər.

Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir

27 Aprel 2017 17:17

“Bu gün Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, eyni zamanda strateji tərəfdaşlıq əlaqələri regionda sülh və təhlükəsizliyin təminatına mühüm töhfədir. Ölkələrimizin birgə səyi nəticəsində həyata keçirilən qlobal enerji layihələri Avropanın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir. Bunun müqabilində bəzi Avropa dairələrinin, xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz mövqe başadüşülən deyil. Bu mənada hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tamamilə qərəzlidir.” Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Daşkəsəndə əməliyyat: iri şirkətin anbarından tonlarla leş əti aşkarlandı

27 Aprel 2017 17:16

26 aprel 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Daşkəsən  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi  "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutu (hər biri 20 kq olmaqla) cəmi 1000 kq sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir.

"Türkiyə ilə birgə təlimlər düşmənləri təşvişə salır"

27 Aprel 2017 16:49

“Türkiyə dünyada Azərbaycanın ən yaxın dostu və qardaşıdır. Ulu Öndərin də dediyi kimi, biz "bir millət iki dövlətik". Bu baxımdan Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq var və bu inkişaf edən xətt üzrə davam edir”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat: Ədalətsiz qərarların Türkiyəyə heç bir təsiri olmayacaq

27 Aprel 2017 16:40

Avropa Şurasının, Avropa Birliyinin və digər bəzi qərbyönümlü beynəlxalq təşkilatların Türkiyəyə və oradakı proseslərə münasibəti birmənalı deyil və bu münasibət hadisələrə adekvat hesab olunmur.

Dövlət Komissiyası: Son illər 179 naməlum şəhid məzarı müəyyən edilib

27 Aprel 2017 16:36

“Son günlərdə kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla bağlı bildiririk ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət sahəsinin tərkib hissəsidir”.

İslamiadada polislər həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar

27 Aprel 2017 16:35

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları İslamiada həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar. Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib.