SOCAR işçilərinin uşaqları üçün Almaniyada növbəti yay düşərgəsi təşkil ediləcək
SOCAR işçilərinin övladları üçün SOCAR və Uniper şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti Yay Düşərgəsi təşkil olunacaq. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədi ilə şirkətin İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilib.
27 Aprel 2017 17:31 SosialSOCAR işçilərinin övladları üçün SOCAR və Uniper şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti Yay Düşərgəsi təşkil olunacaq. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, 2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədi ilə şirkətin İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilib. Proqramda iştirak etmək üçün 30 uşaq müraciət edib. Proqrama seçim müsabiqə əsasında həyata keçirildiyi üçün namizədlər ilk olaraq test imtahanına dəvət olunub, imtahanlardan müvafiq keçid balını toplayan 25 nəfər müsabiqənin 2-ci mərhələsinə - müsahibəyə buraxılıb. 24-25 aprel tarixlərində keçirilmiş müsahibə turunda iştirak edən namizədlər bilik, bacarıq və dünyagörüşlərini nümayiş etdirib. Müsabiqənin son turunu uğurla keçən 20 nəfər Almaniya Yay Düşərgəsi Proqramında iştirak imkanı qazanıb.