“Azərsu”-da birinci rübün yekunları müzakirə olunub
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.
27 Aprel 2017 16:19 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, iclası giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyini əhəmiyyətli hadisələr kimi qiymətləndirib, bu tədbirlərin su sektorunda mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb. Q.Hüseynov istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb. Qeyd olunub ki, 2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 57 milyon kubmetr həcmində su verilib, 41 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılib. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil edib.