Gündəm

Yevlaxda respublika müşavirəsi keçirilib

12 May 2017 14:27

Yevlax şəhərində “Aqrolizinq” ASC-nin regional nümayəndələrinin və rayon bölmələrinin iştirakı ilə Mineral gübrələr, taxıl biçininə hazırlıq  və pambığın becərilməsinə həsr olunmuş respublika müşavirəsi  keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən mlumata görə, müşavirədə  nazirliyin məsul işçiləri, “Aqrolizinq” ASC-nin regional nümayəndələri, sahibkarlar ,alimlər və bölgə fermerləri iştirak ediblər.Tədbirdə taxıl biçininə hazırlıq və taxılyığan kombaynlarla, o cümlədən pambığın becərilməsi və yığılması ilə  əlaqədar pambıqyığan texnikalarla təminatın vəziyyəti, eləcə də  mineral gübrə və pestisidlərin təminatına dair məsələlər müzakirə edilib.

Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlanacaq

12 May 2017 14:25

Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq. Universitetdən “Olaylar” – a bildirlib ki, yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında dərin biliklərə malik olacaqlar. Tədris proqramı və təchizat fərqli metodların tətbiqi ilə plan və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi ilə bağlı bilik və bacarıqları mənimsəyə imkan verəcək.

Qubada 5 otaqlı ev külə dönüb

12 May 2017 14:24

Quba şəhərində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün və 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əli Hüseynli Rusiyaya səfər edib

12 May 2017 14:23

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  Rusiyanın paytaxtı Moskvaya  səfər edib. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkili Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi  ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər mayın 15-də başa çatacaq.

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

12 May 2017 14:21

Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.Forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

23 illik atəşli atəşkəs

12 May 2017 14:14

Mayın 12-i Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin qüvvəyə minməsinin tam 23 ili tamam oldu. 1994-cü il, may ayının 12-də Qırğızıstanın Bişkək şəhərində əldə olunan bu razılaşma o zaman Qarabağda sülhün bərqarar olunması və tədricən işğal altında olan ərazilərin geri qaytarılacağına çox böyük ümid yaratmışdı. Düzdür, məlum "Bişkek protokolu" bir növ siyasi müraciət və heç bir hüquqi xarakter daşımayan sənəd idi. Lakin qeyd etdiyimiz kimi sülhə ümidlər də tükənməmişdi. Ən azından ona görə ki, tərəflər arasında atəşkəs rejiminin əldə olunmasında təkcə Azərbaycan və Ermənistan deyil, eyni zamanda qonşu ölkələr, münaqişənin nizamlanması prosesində iştirak edən ATƏT-in Minsk qrupu da fəallıq nümayiş etdirirdi.

Erməni təxribatı yeni mərhələdə

12 May 2017 14:12

Ermənistan bütün parametrlər üzrə tərxribat hərəkətlərini davam etdirir. Ötən ilin aprelində üzləşdiyi uğursuzluq və Azərbaycan Silahlı Qüvvələrindən aldığı zərbələri heç cür həzm edə bilməyən işğalçı ölkə bir ildən artıq müddətdir ki, bu acı məğlubiyyətin əvəzini çıxmağa çalışır.

Psixi pozğunluqdan əziyyət çəkən insanlarla iş necə qurulmalıdır?

12 May 2017 14:08

Son illər insanlar arasında müşahidə edilən mənfi tendensiyalardan biri də psixi pozğunluqların meydana gəlməsidir. Qeyri-rəsmi məlumatlara əsasən hər 100 nəfərdən birində psixi pozğunluq, çatışmamazlıq özünü gəstərir. Kimləri insanlarda yaranmış psixi pozğunluğu genlə əlaqələndirir, kimisi isə sosial problemlər, ailədaxili məsələləri əsas götürərək insanlarda psixi pozğunluğun meydana gəlməsi ehtimalı ilə çıxış edirlər.

Banka hücum olub - Girovlar var

12 May 2017 14:06

Avstriyanın federal ərazisi Tirolda Erpfendorf şəhərində naməlum şəxslər banka hücum ediblər. Bankda girovlar götürülməsi barədə ilkin xəbərlər artıq yayılıb. Polisin verdiyi məlumata gröə, bankın ətrafı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hadisə yerində polisin xüsusi briqadası çalışır, əraziyə giriş və çıxış məhdudlaşdırılıb.

Donald Tramp Çin lideri barədə: “Yaxşı oğlandır”

12 May 2017 14:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Bu barədə o, "The Economist" jurnalına müsahibəsində deyib. Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".

Qızıl ehtiyatlarına görə Azərbaycan dünyada 62-cidir

12 May 2017 13:59

Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdə qərarlaşıb. Bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1%-ni təşkil edir.

Rusiya məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərar çıxaracağı gözlənilir

12 May 2017 13:56

Bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Məhkəmənin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar çıxaracağı gözlənilir.

Saat 17:00-dan bu yollar bağlanır- XƏBƏRDARLIQ

12 May 2017 13:54

Bu gün saat 17:00-dan etibarən Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqaməti dəyişdiriləcək. Bu barədə Gununsesi.info-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V. Əsədov deyib ki, bu gün BakıdaIV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə mərkəzə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,istiqamətləri dəyişdiriləcək.

Rusiya imperiyasından “boşanma” - Torpaqlar QAYIDACAQMI?

12 May 2017 13:52

Dünən Avropa İttifaqı Şurası Ukraynaya vizasız rejimi təsdiq etdi. Vizasız rejim Şengen zonasında azad hərəkəti nəzərdə tutur. Şengen zonasına Avropa İttifaqının 22 ölkəsi, Avropa İttifaqına 4 üzv olmayan (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və Şengenə 4 namizəd ölkə (Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya) daxildir.

Kitab bayramına həsr olunmuş tədbir

12 May 2017 13:46

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə IX ənənəvi Kitab bayramına həsr olunmuş tədbir keçirilib.