Gündəm
Molla Pənah Vaqifin 300 illik yubileyi Xoreoqrafiya Akademiyasında
Xoreoqrafiya Akademiyasında görkəmli mədəniyyət xadimlərinə, şair və yazıçılara həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının bu günlərdə keçirdiyi konfranslardan biri Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunub. Konfransda akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Konfransı giriş sözü ilə akademiyanın Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev açaraq M.P.Vaqifin ədəbi mühiti və yaradıcılığı haqqında məlumat verdi.
Antalyaya uçan təyyarənin mühərrikinə quş düşdü, geri qayıtdı
Bu gün səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərindən Antalyaya uçan, “Ural hava yolları” aviaşirkətinə məxsus “Airbus A321” az müddət sonra hava limanına geri qayıdıb.
Biznesmenə ərə gedəcək Aygün: "Sevməsəm, ailə qurmaram"
Xalq artisti Aygün Bayramova, nəhayət ki, subaylığın daşını atıb.
Beren Saata pis xəbər
Beren Saatla İlker Kalelinin baş rollarda çəkiləcəyi "Tren" adlı filmin çəkilişləri təxirə salınıb. İ.Kaleli layihədən ayrıldıqdan sonra prodüserlər Berenə tərəf müqabili tapa bilməyib. Bu səbəbdən də layihə dayandırılıb. Ozan Açıktanın ssenarisini yazdığı və BKM-in prodüserlik etdiyi filmin nə zaman çəkiləcəyi bəlli deyil.
36 ədəd mobil telefon müsadirə edildi
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Olaylar” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd “Nokia” markalı telefon və 52 ədəd adapter aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
BDU-nun Jurnalistika fakültəsinə yeni dekan təyinat olunub
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni təyinat olub. Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.O bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinə dekan seçilib. Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi Samir Məmmədov və digər rəsmilər iştirak edib.
“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və SOCAR-ın birgə təşkilatçılığı ilə Neft Kəmərləri İdarəsi və Təhlükəsizlik İdarəsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Neft Kəmərləri İdarəsinin Kadr və rejim üzrə rəis müavini Şaiq Osmanov və sosial məsələlər üzrə rəis müavini Məmməd Əliyev iştirak ediblər.
Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb
Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib. Nahar və çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Leyla Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.
“Azərbaycan Dəmir Yolları”ndan Həmrəyliyk Oyunları ilə bağlı daha bir yenilik
12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması da təmin ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
“Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır
Xəbər verildiyi kimi, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınıb.
Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən ölkə boyu yenidən qurulan kənd və qəsəbələrarası avtomobil yolları layihələri siyahısında Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu da yer alır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib. Layihə çərçivəsində yol boyu 29 ədəd 0.5 və 1.25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən xəbər var
Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib. Bu barədə girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər. "Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır".
Qazaxıstanda “Türk dünyası və informasiya fəzası” adlı media forumu işə başlayıb
Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” adlı beynəlxalq media forumu keçirilir. Forumun ilk günü “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarətlə başlayıb. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət olunub.
Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.














