Molla Pənah Vaqifin 300 illik yubileyi Xoreoqrafiya Akademiyasında
Xoreoqrafiya Akademiyasında görkəmli mədəniyyət xadimlərinə, şair və yazıçılara həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının bu günlərdə keçirdiyi konfranslardan biri Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunub. Konfransda akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Konfransı giriş sözü ilə akademiyanın Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev açaraq M.P.Vaqifin ədəbi mühiti və yaradıcılığı haqqında məlumat verdi.
12 May 2017 13:46 MədəniyyətXoreoqrafiya Akademiyasında görkəmli mədəniyyət xadimlərinə, şair və yazıçılara həsr olunmuş tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının bu günlərdə keçirdiyi konfranslardan biri Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunub. Konfransda akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər. Konfransı giriş sözü ilə akademiyanın Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev açaraq M.P.Vaqifin ədəbi mühiti və yaradıcılığı haqqında məlumat verdi.
Daha sonra Nərminə Məmmədova "M.P.Vaqifin şeirləri rus dilinə tərcümədə", Səbiyyə Balakişiyeva "M.P.Vaqif poeziyasında gözəllik ideallarının təcəssümü" mövzularında çıxış etdilər. Tədbirdə akademiyanın tələbələri şairin şeirlərini ifa etdilər. Sonda isə şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.