Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin səlahiyyəti əlindən alınaraq Sosial siyasət komitəsinə veriləcək.

Bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, İqtisadi siyasət komitəsi turizmlə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Qanun layihəsində bu səlahiyyətin İqtisadi siyasət komitəsindən alınaraq Sosial siyasət komitəsinə verilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Sosial siyasət komitəsi turizm sahəsi üzrə qanun layihələrini hazırlayacaq və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verəcək.

Həmçinin, Humanitar siyasət komitəsi Naxçıvan Muxtar Respublikasının fəxri adlarına dair qanun və qərar layihələri üzrə aparıcı komitə hesab ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31