Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi Samir Məmmədov və digər rəsmilər iştirak edib.
12 May 2017 13:32 SosialBinəqədi Rayon İcra Hakimiyyətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi Samir Məmmədov və digər rəsmilər iştirak edib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirdi ki, bu gün Azərbaycan Vergi siyasətinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müsbət işlər görülüb. Natiq bildirdi ki, ölkənin vergi sistemi, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin formaları, qanunvericiliyin pozulmasına görə məsuliyyət qaydaları həmin ölkənin vergi qanunvericiliyi ilə müəyyən edilir. "Məlumat saatı"nın ikinci hissəsində Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Departamentinin Vergi qanunvericiliyi şöbəsinin baş dövlət vergi müfəttişi Samir Məmmədov "Vergi Məcəlləsinə edilmiş dəyişikliklər" mövzusunda təqdimatla çıxış edib. Natiq o cümlədən, Binəqədi rayon bələdiyyələrinin vergi sahəsində gördükləri işlərdən söhbət açaraq bu sahədə olan çətinliklər, proqnozlaşdırma ilə bağlı məsələləri də diqqətə çatdırıb.