Erməni girovluğunda saxlanılan Elnur Hüseynzadədən xəbər var

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib. Bu barədə girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər. "Məktub çox qısadır. "Salam" və "sağ olun" sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: "Salamatam". Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır". 

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31