Gündəm

Yığmamızın futbolçusuna görə klubuna lisenziya verilmədi

12 May 2017 13:13

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın komandası "Bursaspor" avrokuboklara buraxılmayacaq.  UEFA "ağ-yaşıllar"ın lisenziya tələbini qəbul etməyib. Buna səbəb kimi 3 futbolçuya olan borc göstərilib. Belə ki, yığmamızın üzvü, həmçinin Bakaye Traore və Tomaş Netsid pulunu ala bilmədiyi üçün FİFA-ya şikayət edib. Bunu nəzərə alan UEFA "Bursaspor"a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməyib.

Romada güclü PARTLAYIŞ

12 May 2017 13:09

Səhər saatlarında Romanın mərkəzi küçəsində partlayış baş verib. Yerli KİV-lər partlayışın poçt şöbəsi yaxınlığında olması barədə yazıblar.

Vətəndaşlara 400 min manat "atan" "JEK" rəisinə AĞIR CƏZA

12 May 2017 13:05

400 min manat dələduzluq etməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Namiq Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qorxunc səhv 4 yaşlı oğluna etdirdiyi DNT testi ilə üzə çıxdı

12 May 2017 13:02

Türkiyədə qarışıq salınan uşaqlar 4 il sonra doğma ailəsinə qovuşublar. Adıyamanlı Məryəm və Səlahəddin D. -nin körpələri ilə Trabzonlu Yusuf və Səlma K.-nın körpələri xəstəxanada qarışıq düşüb. 

"Pulumu vermədilər deyə oğurluq etdim" - İş yerlərindən oğurluq edənlər dəstə saxlanılıb - VİDEO

12 May 2017 13:00

Gəncə sakinləri çalışdıqları şirkətə qənim kəsiliblər. Goranboy Rayon Polis Şöbəsinə daxil olan şikayət əsasında yerli şirkətlərdən birindən elektrik kabellərini oğurlamaqda şübhəli bilinən dəstə müəyyənləşdirilib. Həmin şəxslər may ayının 1-dən 2-nə keçən gecə rayonun Xoylu kəndi ərazisindən xeyli miqdarda naqil oğurlayaraq satıblar. Təxminən 5 gün sonra eyni əməli təkrar törətmək istəyən dəstənin planı baş tutmayıb. Şirkətin keçmiş əməkdaşları ifşa ediliblər.

Azərbaycanlı milyarder: "Arvadım oğlumun dostu ilə yatırdı" - VİDEO 

12 May 2017 12:58

"Bu qərar, əslində, varidatıma və biznes aktivlərimə qəsbdir. Britaniyadakı məhkəmənin qərarını heç bir halda ədalətli adlandıra bilmərəm". Azərbaycanlı milyarder, hazırda Britaniyada yaşayan Fərhad Əhmədov belə deyib.

Havaların belə keçməsi normaldırmı? - Nazirlikdən cavab

12 May 2017 12:55

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti may ayı üçün xarakterikdir. Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksək olub: "Bu günki hava şəraiti isə may üçün səciyyəvidir. Küləkli, yağışlı hava şəraiti may ayı üçün xarakterikdir".

Böhtan və qərəzli fikirlərin heç bir əsası yoxdur

12 May 2017 12:50

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Meat Trading” MMC-nin direktoru Hüseynov Ceyhun Kamil oğlu və vergi ödəyicisi-fiziki şəxs Qarayev İlham Teyyub oğlu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları Daşkəsən RPŞ-nin əməkdaşları ilə birgə 26 aprel 2017-ci il tarixində saat 20.05 radələrində Daşkəsən rayonu, Quşçu körpü kəndində “Elba” MMC-yə məxsus əmlak kompleksinin binasına MMC-nin direktorunun və etibarnaməli nümayəndəsinin iştirakı olmadan baxış keçirilməsi, baxış zamanı aşkar olunmuş ət məhsullarından at əti “Meat Trading” MMC-nə məxsus olması, hər iki soyuducu kamerada aşkar olunmuş iribuynuzlu heyvan-dana əti və ət məhsulları vergi ödəyicisi-sahibkar Qarayev İlham Teyyub oğluna məxsus olması, baxış zamanı “Elba” MMC-yə məxsus hər hansı mənşəyi bilinməyən ət və ət məhsullarının aşkar edilməməsi, eləcə də ərazinin “Meat Trading” MMC-yə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi, onların fəaliyyətinin tam qanuni olması bildirilir.

49 yaşlı xalq artisti iş adamına ərə gedir - YENİLƏNİB

12 May 2017 12:47

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir.  49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək.

"Bakı-2017": Pakistan həndbolçuları 7, İordaniya yığması 8-ci oldu

12 May 2017 12:45

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında ilk təsəlliverici görüşdə İordaniya yığmasına 33:31 hesabı ilə qalib gələn Pakistan millisi 7-ci pillədə qərarlaşıb. İordaniya yığması isə bu məğlubiyyətdən sonra yarışı sonuncu - 8-ci pillədə başa vurub.

İordaniyalı idmançı: "Azərbaycanın təcrübəsini öyrənməliyik"

12 May 2017 12:43

“İordaniyada maliyyə problemləri olduğuna görə komandamız 4 illik fasilə vermişdi. Bir müddət öncə heyətimizi yenidən formalaşdırıb, məşqlərə başlamışdıq. Ancaq yenə də tam hazır vəziyyətdə deyildik. Ona görə də yaxşı nəticə göstərə bilmədik”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurmuş (8-ci yer) həndbol üzrə İordaniya milli komandasının kapitanı Əhməd Almousa deyib.

Elşən Musayev: “Azərbaycan fəxr ediləsi ölkədir”

12 May 2017 12:39

“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsinin inkişafına da öz töhfəsini verib. Ümumiyyətlə beynəlxalq səviyyəli qlobal ənənə Bakıda keçirilən “Avroviziya” mahnı yarışmasından sonra başladı. Daha sonra Azərbaycanda keçirilən I Avropa Oyunları, “Formula-1” yarışları və s. buna nümunə kimi göstərilə bilər”. Bunu  millət vəkili Elşən Musayev deyib.

4 yaşlı qız sevgilisini tapmaq üçün evdən qaçdı - DÜNYA BU SEVGİDƏN DANIŞIR

12 May 2017 12:35

Hadisə Fransanın Touraine şəhərində qeydə alınıb. Fransa mediası 4 yaşlı qızın məhəbbətindan danışır. Babası ilə yaşayan kiçik qız əynində yataq paltarı, sevdiyi uşağı tapmaq üçün evdən qaçıb. Balacanın bir saat ərzində təxminən 3 kilometr piyada gedərək evdən uzaqlaşdığı deyilib.

İslamiada çərçivəsində bədii gimnastika üzrə yarışlara start verildi

12 May 2017 12:32

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara start verilib. Bu gün oyunlar çərçivəsində gimnastlar halqa və topla çıxış edəcəklər. Azərbaycanı bu yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edəcəklər.

İslam Həmrəyliyi Oyunlarında boks yarışları başladı

12 May 2017 12:30

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilir. Bu gün boksçular 9 çəki dərəcəsində mübarizəyə başlayacaqlar. Azərbaycan boksçularından rinqə ilk olaraq ölkəmizi +91 kq çəki dərəcəsində təmsil edən Məhəmmədrəsul Məcidov çıxacaq.