İordaniyalı idmançı: "Azərbaycanın təcrübəsini öyrənməliyik"

“İordaniyada maliyyə problemləri olduğuna görə komandamız 4 illik fasilə vermişdi. Bir müddət öncə heyətimizi yenidən formalaşdırıb, məşqlərə başlamışdıq. Ancaq yenə də tam hazır vəziyyətdə deyildik. Ona görə də yaxşı nəticə göstərə bilmədik”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurmuş (8-ci yer) həndbol üzrə İordaniya milli komandasının kapitanı Əhməd Almousa deyib.

"İordaniyada maliyyə problemləri olduğuna görə komandamız 4 illik fasilə vermişdi. Bir müddət öncə heyətimizi yenidən formalaşdırıb, məşqlərə başlamışdıq. Ancaq yenə də tam hazır vəziyyətdə deyildik. Ona görə də yaxşı nəticə göstərə bilmədik". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurmuş (8-ci yer) həndbol üzrə İordaniya milli komandasının kapitanı Əhməd Almousa deyib.

Həndbolçu "Bakı-2017"də yarışan komandaların onlardan güclü olduğunu qeyd edib. O, IV İslam Həmrəyliyi Oyunlarında idmançı və digər qonaqlar üçün çox gözəl şərait yaradıldığını vurğulayıb: "Oyunların təşkilatçılığı, Azərbaycan xalqı, Bakının gözəlliyi çox xoşumuza gəldi. Azərbaycanda böyük inkişaf var. Çox istərdik ki, bizim ölkəmizdə də belə olsun. Biz Azərbaycanın təcrübəsini öyrənməliyik ki, İordaniyada da belə inkişafa nail olaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31