Gündəm

"Azərenerji"dən 109 milyon manatlıq zərər

12 May 2017 12:28

2016-cı ildə "Azərenerji" ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 0,89% və 38,266 mln. manat çoxdur. Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit "Deloitte" tərəfindən aparılıb.

Astarada işgüzar form keçirilib

12 May 2017 12:24

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib. Bu barədə bazirlikdən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: İxtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Amerikalı həmsədr: Minsk qrupu təslim olmur, dayanıqlı sülhün təmin edilməsi yollarını axtarır

12 May 2017 12:21

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ABŞ-ın münasibəti tərəflərə münaqişənin sülh yolu ilə həllinin tapılmasında kömək göstərməkdən ibarətdir. Bunu Vaşinqtonda keçirilən "Ermənistan-Azərbaycan münaqişəsinin siyası yönləri" mövzusunda konfransda çıxış edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Rusiyada sürücü təqaüdçü qadınları vurdu və bir neçə dəfə üzərlərindən keçdi - VİDEO

12 May 2017 12:16

Rusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

MTN-nə işləyən agentlər: keçmiş nazir, QHT sədri, baş redaktor - Kod adı "Terminator", "Qəhrəman"...

12 May 2017 12:14

Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.

ABŞ bu terrorçunun başına 10 milyon dollar mükafat qoydu

12 May 2017 12:12

ABŞ "ən-Nusra" lideri barədə bəyanat yayıb. ABŞ Dövlət Departamenti "Nusra Cəbhəsi" terror təşkilatının başçısı Əbu Muhəmməd əl-Culanini tutmağa kömək edə biləcək məlumat üçün 10 milyon dollar miqdarında mükafat təyib edib.

Səfirlik müdaxilə etdi

12 May 2017 12:10

Son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir. Müəllif Huquqları Agentliyindən “Olaylar” – a bildirlib ki, Agentliyin əvvəl verdiyi açıqlamaya əlavə olaraq məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi məlumatlandırılmış, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə göndərilib.

SOCAR tərəfindən dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib

12 May 2017 12:08

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib.. "OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 111,5 faiz çoxdur.

"Kara Sevda"nın 52 yaşlı Leylasından bəd xəbər

12 May 2017 12:07

“Kara Sevda” da Leyla obrazını canlandıran Zerrin Tekindor sevgilisi Haluk Bilginerdən ayrılıb. 6 ildir sevgili cütlüyün ayrılmasının səbəbi aktrisanın oğlu Hira olub. “Arzu Tramvayı” adlı tamaşada rejissor kürsüsündə oturmağa hazırlaşan Haluk Bilginer Hira Tekindorun aktyorluq qabiliyyətini bəyənməyib. Bunun üçün başqa aktyor axtarışına başlayıb. Bu vəziyyət cütlüyün münasibətlərinin korlanmasına gətirib çıxarıb. Haluk Bilginerse tamaşanı ləğv etməli olub.

İSİM-in əməkdaşları Beynəlxalq Konqresdə

12 May 2017 12:01

Türkiyə Respublikasının Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası tərəfindən 2017-ci ilin 12-13 may tarixlərində Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçiriləcək.

Xaricdə dini təhsil almış şəxslərlə bağlı bəzi qadağalar götürülür

12 May 2017 11:59

Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları ilə bağlı qoyulan bəzi məhdudiyyətlər aradan qaldırılır. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Tahir Kərimli məlumat verib. Deputat bildirib ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklər təklif edilir. Qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.Yeni qanun layihəsinə görə isə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir. Bundan başqa, mövcud qanuna əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.

“Telekommunikasiya haqqında” qanun dəyişir

12 May 2017 11:57

Milli Məclisdə “Telekommunikasiya haqqında” qanununa əlavə və dəyişikliklərin edilməsi  təklif olunub. Bu barədə  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məlumat verib. Deputat deyib ki, qanuna yeni artırılan maddədə göstərilib ki, rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə abunəçilərə dair məlumatları daxil etmək, telefon nömrələrinin sabit, məftilli mobil operatorlar şəbəkəsində aktivləşdirilməsinin ərizəçiyə dair məlumatların vahid məlumat bazasında onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək provayderlərin vəzifəsidir.

Ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni öz xeyirlərinə həll etmək istəyirlər

12 May 2017 11:56

Ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan, yəni strateji baxımdan öz xeyirlərinə həll etmək istəyirlər: “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Arzu Nağıyev deyib ki, əsrlər boyu alınmaz qalaya çevrilən Şuşanı zəbt etməklə bunlar öz "qəhrəman"lığını göstərmək istəyirlər: “Digər tərəfdən dövlətin adını dəyişib Artsax qoymaqla yeniləşmə və təbii ki, özlərinin qondarma idarəçi qurumlarını ora köçürmək istəyirlər və İrəvana daha yaxın olurlar.

Gözlərinin rəngini dəyişən məşhur 150 əməliyyat keçirdi

12 May 2017 11:54

Özlərini "Barbie" personajına bənzədən qadınlardan sonra Londonda yaşayan braziliyalı Rodriqo Alves də bu arzuya düşüb. Üzündə və bədənində 150-yə yaxın plastik əməliyyat keçirən Rodriqo bu dəfə gözlərinin rəngini dəyişib.

Meşələrin icarə müddəti 5 dəfə artırıldı

12 May 2017 11:53

Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb. Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.