Rusiyada sürücü təqaüdçü qadınları vurdu və bir neçə dəfə üzərlərindən keçdi - VİDEO
Rusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb.
12 May 2017 12:16 DünyaRusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb.
Hadisə Popov küçəsində baş verib. Xabarovsk diyarı üzrə Rusiya DİN İdarəsi mətbuat xidmətindən verilən məlumata əsasən, qadınlardan biri başından xəsarət alıb, digəri isə yuxarı və aşağı ətrafdan xəsarətlər alıb. Həyatları üçün təhlükə yoxdur. 65 yaşlı sürücünün sərxoş olmadığı bildirilir. Hadisənin səbəbi aydınlaşdırılır. Milli.az salamnews-a istinadən xəbər verir.